Aşqabadın yeni aeroportu Ginnesin rekordlar kitabına düşdü

Aşqabadın yeni aeroportu Ginnesin rekordlar kitabına düşdü

 

Türkmənistanın paytaxtı Aşqabadda iki milyard dollar dəyəri olan yeni aeroportun açılışı baş tutub. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki,  sərnişin buraxma gücü saatda təxminən 2000 sərnişinə bərabərdir. Aeroport istənilən növ və yükqaldırma qabiliyyətinə malik təyyarə qəbul etməyə və beynəlxalq standartlara cavab verən xidməti təmin etməyə qadirdir.

Hava limanının açılış mərasimində ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov da iştirak edib. 
Aşqabadın yeni hava limanı açılış mərasimində əsas sərnişin terminalının tavanında dünyanın ən böyük xalça gelinin (ornament) memarlıq rəsminin təsvir edilməsi səbəbilə Ginnesin Rekordlar Kitabına düşdüyünə görə, sertifikat alıb. Bu ornamentin sahəsi 705 kvadratmetrdir.

Qeyd edək ki, Türkmənistanın paytaxtındakı yeni hava limanını Türkiyə şirkəti inşa edib.

 


OXŞAR XƏBƏRLƏR