AŞPA Ermənistan heyətinin üzvünü səsvermə hüququndan məhrum edə bilər

AŞPA Ermənistan heyətinin üzvünü səsvermə hüququndan məhrum edə bilər
Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naira Zöhrabyan bu strukturda  səsvermə hüququndan məhrum edilə bilər.
Sfera.az "news.am”a istinadən xəbər verir ki, bu barədə "Aykakan Jamanak” nəşri məlumat yayıb.
Məlumata görə
Türk tərəfi  N.Zöhrabyanın Türkiyə nümayəndə heyətinin üzvü, milliyyətcə erməni Marqar Yesayanı təhqir etməsindən şikayət edib.
"Mənbələrimizin dediyinə görə, Pedro Aqramunt məsələni İntizam komissiyasına göndərəcək və AŞPA-nın apreldə keçiriləcək yaz sessiyasında Zöhrabyana qarşı sanksiyalar tətbiq edilə bilər. Hazırda onun səs hüququndan məhrum edilməsi müzakirə olunur”, - məqalədə deyilir.
Artıq N.Zöhrabyan da məsələyə münasibət bildirib:
"AŞPA prezidenti Pedro Aqramuntun məqsədi məni qətiyyən maraqlandırmır. Səsvermə hüququmdan məhrum ediləcəyimdən də qətiyyən narahat deyiləm. Mən Marqar Yesayana münasibətdə düzgün davranış nümayiş etdirmişəm”, - N.Zoqrabyan bildirib.
Qeyd edək ki, AŞPA-nın qış sessiyasının gedişində M.Yesayan Robert Uolterin müəllifi olduğu "Dağlıq Qarabağ və ətraf ərazilərdə zorakılığın artması” qətnaməsinin lehinə səs verib. Bundan sonra N.Zöhrabyan ona yaxınlaşıb və mövqeyini bildirib.

OXŞAR XƏBƏRLƏR