AŞPA Azərbaycandakı prezident seçkilərinə 33 müşahidə missiyası göndərir
13:35 / 15.03.2018
1822
Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün 33 nəfərlik nümayəndə heyəti göndərəcək.
Sfera.az bildirir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.
Nümayəndə heyətinin aprelin 10-da Bakıya gəlməsi gözlənilir.
Qeyd edək ki, prezident seçkiləri aprelin 11-də keçiriləcək.