"Aslanlar meydana çıxanda çaqqallar qaçar" - Ərdoğandan SƏRT AÇIQLAMALAR

"Qərb ölkələrinin xahişini nəzərə aldıq, 2 ay ərzində Afrində hərbi əməliyyatı bitirdik "
 
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Dövlət Departamenti və Pentaqon sözçülərinin Suriyanın Afrin bölgəsindəki durumla bağlı narahatlıq keçirdikləri barədə bəyanatlarına münasibət bildirərkən deyib.
 
Sfera.az "NTV"yə istinadən bildirir ki, Ərdoğan bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki qrup toplantısında çıxışında ABŞ -ın terrorçularla əməkdaşlıq etdiyini deyib:
 
"Türkiyə təhlükəsizliyi ilə bağlı narahatlıqlarını bildirən, bu yerləri terror təşkilatlarından birgə təmizləməyi təklif edən zaman harada idiniz? Siz bizə PKK terror təşkilatının Suriya qolu PYD/YPG ilə əməkdaşlıq edərək İŞİD terror təşkilatını təmizləyəcəyini söyləmişdiniz. ABŞ Türkiyə ilə strateji tərəfdaş olduğunu deyir, digər tərəfdən terrorçularla əməkdaşlıq edir. ABŞ bizi aldatmağa çalışdı. PYD/YPG terrorçularına 5 min yük maşını silah və texnika verdiniz. Biz pulumuzla sizdən silah almaq istəyəndə bu silahları bizə satmadınız, ancaq terror təşkilatına həmin silahları pulsuz verdiniz. Bu, necə strateji ortaqlıqdır?! İndi terror təşkilatı qaçır, biz qovuruq. Terrorçulara verdiyiniz silahlar da yavaş-yavaş bizim əlimizə keçir və keçəcək"

Türkiyə prezidenti hazırda Afrində həyatın normal axara düşməsi üçün çalışdıqlarını bildirib:
 
"Aslanlar meydana çıxanda çaqqallar qaçar. Bundan sonra Afrin bölgəsini o yerlərin əsl sahibi olan qardaşlarımız üçün yaşanacaq hala gətirməyə çalışacağıq".

 

OXŞAR XƏBƏRLƏR