Cəmİyyət

Aslan İsmayılovun daha bir saxtakarlığı üzə çıxdı - FOTOFAKT

Aslan İsmayılovun daha bir saxtakarlığı üzə çıxdı - FOTOFAKT
Qanunsuz etibarnamə ilə vəkillik edir...

AzNews.az-a daxil olan şok məlumatlara əsasən özünü hüquqşünas adlandıran Aslan İsmayılovun daha bir saxtakarlığı üzə çıxıb. Belə ki, 25.04.2019-cu il tarixdə Tekiş Muttalip adlı şəxs Bakı şəhəri 46 saylı notariat ofisində Aslan Ziyəddin oğlu İsmayılova etibarnamə verib. Etibarnaməyə əsasən, Aslan İsmayılova onu bütün hüquq mühafizə, prokurorluq, polis, istintaq və tədqiqat, dövlət və qeyri-dövlət orqanlarında təmsil etmək, adından izahat, ifadə və ərizə vermək, lazımi sənədləri imzalamaq, zəruri sənədləri tələb etmək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkələri etmək səlahiyyətləri verilir.

Lakin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 7.0.31-ci maddəsində deyilir:

- Zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi - cinayət prosesi zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, yaxud mülki cavabdehin qanuni mənafeyini təmsil etmək üçün notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkil, həmçinin zərər çəkmiş fiziki şəxsin, yaxud mülki iddiaçı və ya mülki cavabdeh olan fiziki şəxsin yaxın qohumu, habelə zərər çəkmiş hüquqi şəxsin, yaxud mülki iddiaçı və ya mülki cavabdeh olan hüquqi şəxsin qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləridir;

Eyni zamanda, məcəllənin 19.3-cu maddəsinə görə, zərər çəkmiş şəxsin və ya şahidin dindirilməsi zamanı cinayət prosesini həyata keçirən orqanın həmin şəxslərin nümayəndə qismində dəvət etdikləri vəkilin onların yanında olmasını qadağan etməyə hüququ yoxdur.

Deməli, Aslan İsmayılova belə bir etibarnamənin veilməsi kökündən yanlışdır. Bu etibarnamə yalnız Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkilərə verilə bilər. A.ismayılov isə hələ 8 may 2013-cü il tarixdə Vəkillər Kollegiyasından çıxarılıb. Bu isə o deməkdir ki, Aslan İsmayılov etibarnamə ilə heç bir qurumda heç kimi vəkil kimi təmsil edə bilməz.

Belə bir etibarnamənin verilməsi ilk növbədə sözügedən notariusun ciddi səhvidir. Digər tərəfdən isə "hüquqşünas" Aslan İsmayılovun belə bir addımı atması onun saxtakarlığının, fırıldaq əməllərinin daha bir sübutudur.

Məgər, bu etibarnamə üzrə müəyyən səlahiyyətləri üzərinə götürən Aslan İsmayılov bu hərəkətin qanunsuz olduğunu bilmirdimi? Bilmirdisə, özünü nə haqla hüquqşünas, vəkil adlandırır?

 

Sögüdən etibarnaməni təqdim edirik:

Sfera.az

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031