Aslan İsmayılovdan Mikayıl Cabbarova açıq müraciət – \"Bir şeyi dəqiq bilin...\"

Aslan İsmayılovdan Mikayıl Cabbarova açıq müraciət – \

Tanınmış hüquqşünas Aslan İsmayılov iqtisadi inkişaf naziri Mikayıl Cabbarova müraciət ünvanlayıb.


Sfera.az xəbər verir ki, hüquqşünas bir qədər öncə nazir tərəfindən elan edilən müsabiqənin nəticələri ilə maraqlanıb:


"Hörmətli Mikayıl müəllim, sizin 21 yanvar 2020-ci ildə elan etdiyiniz "Yüksəliş” müsabiqəsinə mən də inandım və vətəndaşlarımıza, xüsusən gənclərə bir neçə dəfə müraciət etdim ki, həmin müsabiqədə aktiv iştirak etsinlər. Öz Facebook və İnstaqram səhifələrimdə bir neçə dəfə sizin müraciəti paylaşdım və bununla bağlı yazılarım da oldu.

 

Həmin müraciətin üstündən artıq 6 aya yaxın vaxt keçib və ən azından mən onun nəticələri barədə heç bir məlumat oxumamışam. Elan etdiyiniz islahatlara insanların inanması üçün bütün işlərin şəffaf olması çox vacibdir. Ona görə xahiş edirəm ki, ictimaiyyətə məlumat verəsiniz ki, həmin proqramda neçə nəfər iştirak etdi və iştirakçılarıdan konkret kimlər hansı vəzifələrə təyinat aldılar. Sizin elan etdiyiniz islahat proqramına başqaları kimi mənim də inanmağım üçün bu, çox vacibdir.

 

Əgər bu proqram həqiqətən savadlı azərbaycanlı gənclərini dövlət idarəçiliyinə cəlb etmək idisə nəticələrini hamı bilməlidir və əmin olmalıdır ki, keçmişdə olduğu kimi vəzifələrə kimlərinsə qohumları, dostları yox, həqiqətən öz savadı, zəhməti ilə haqq etmiş gənclər təyin olundular.


Bu günə qədər heç vaxt kimlərinsə oyununda iştirak etməmişəm və etməyəcəm. Bu gün də kimlər üçünsə illərlə vətəndaşlarda qazandığım inamı heç nəyə və heç kimə görə itirmək fikrim yoxdur. Yenə də ölkədə ağlın üstün gələcəyinə, həqiqi islahatların olacağına inanıram. Ancaq son dövrlər baş verən gözəl çıxışların, proqramların, müsabiqələrin real nəticələrini görmədikcə artıq mənim də inamım tükənir.

 

Bir şeyi dəqiq bilin: bu gün sizin komandanın uğuru bərli-bəzəkli proqramlardan, müsabiqələrdən, çıxışlardan deyil, real nəticələrdən asılıdır”.


OXŞAR XƏBƏRLƏR

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...