Cəmİyyət

“Aşıq Qurbani” dastanının İstanbul variantı aşkarlanıb

“Aşıq Qurbani” dastanının İstanbul variantı aşkarlanıb

"Aşıq Qurbani” dastanının İstanbul variantı aşkarlanıb.

APA AMEA-nın saytına istinadən məlumat verir ki, Akademiyanın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov "Aşıq Qurbani” dastanının 1880-ci ildə İstanbulda nəşr olunan 40 səhifədən ibarət nüsxəsini əldə edib.

Dastanın Azərbaycanda yayılmış və çap edilmiş variantında Araz kənarında yaşayan Hüseynalı xanın yoxsul qardaşının oğlu Qurbani Gəncə xanı Ziyad xanın qızı Pəri xanıma vurulur, çətinliklərdən sonra ona qovuşur. Əsərin İstanbul variantında isə Əcəm diyarında yaşayan Qurbani Qarabağ hökmdarı İzzət xanın bacısı Pərüzat xanıma aşiq olur və bir sıra macəralardan sonra onunla evlənir.

 

Bir sıra şeir parçaları dastanın hər iki variantında da təkrar olunur.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031