Aşıq Əli bu xanıma görə dəyişib - AÇIQLAMA - FOTO

Aşıq Əli bu xanıma görə dəyişib - AÇIQLAMA - FOTO
 Son günlər aşıq Əlinin arıqlayaraq çəki atması şayiələrə yol açıb. Bu şayiələrin içində Əlinin əməliyyatla çəki atmasına da rast gəlinir. 

Aşıq Əlinin duet ortağı, əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyeva Milli.Az-a bu haqda açıqlama verib.

"Hər dəfə ona deyirdik ki, Əli, arıqla, amma Əli bizə heç qulaq asmırdı. İstər mən, istər dostları, istərsə də ailəsi tərəfdən ona sərt təpki var idi. Əlinin yaxın ətrafı öz üzərinə bir sözlə öhdəçilik götürmüşdü ki, ona mənəvi dəstək olsun. Mən də öz üzərimə düşən öhdəçiliyi yerinə yetirirdim. Belə ki, mənimlə toylarda birgə olanda onun yeməyinə nəzarət edirdim, ondan dəstəyimi əsirgəmirdim. Çünki özüm çəki atma prossesini yaşamışam, ən azı praktikam var. Bu nəinki vizual görünüş, Əlinin sağlamlığı üçün də yaxşıdır. Axır ki, köhnə şəkillərini ona göstərə-göstərə onu arıqlatdıq (gülür). Ona artıq çəki olmazdı. Ailəsi də narahat idi, birləşib üstünə düşdük. Cavandır, hələ 29 yaşı var. Ona görə də tez arıqladı. Mən öz köhnə fotolarımı Əliyə göstərə-göstərə onu məcbur etdim ki, arıqlasın. Günbəgün necə arıqladığını gördü. Əlini yalnız belə həvəsə gətirmək olardı. Özümü dəyişdiyim kimi Əlini də nəhayət ki, dəyişdim (gülür). Bəzən mənə də sosial şəbəkələrdə sual ünvanlayırlar ki, əməliyyat etdirmisən? Həqiqətən də əvvəl necə idik, indi necəyik. Bu da bizim dəmir iradəmizdən asılı oldu" deyə aşıq bildirib.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...