Asim Mollazadə: \"Saakaşvili Ukraynada aktiv siyasətə qoşulsa, Azərbaycanın xeyirinə olacaq\"

Asim Mollazadə: \
Mixeil Saakaşvili Ukraynada aktiv siyasətə qoşularsa, onun istənilən fəaliyyəti Azərbaycanın xeyirinə olacaq.

Bu sözləri yeniavaz.com-a Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Millət vəkilinin fikrincə,  M.Saakaşvili Ukraynada Baş nazir olmayacaq: "Mən düşünmürəm ki, Saakaşvili Ukraynanın Baş naziri olsun, ya da aktiv siyasətə qoşularaq hər hansı bir vəzifə tutsun. Ancaq olsa belə, Azərbaycan və Ukrayna arasında heç bir problem yaşanmayacaq".

A. Mollazadə xatırladıb ki, M. Saakaşvili hər zaman Azərbaycanın dostu olub: "Bildiyimiz kimi Saakaşvili Gürcüstanın Prezidenti olduğu zaman Azərbaycan və Gürcüstan münasibətlərini daha da yaxşılaşdırmaq üçün bir çox yüksək addımlar atmıb, bizim birgə layihələrimizə dəstək verib. Hər zaman Azərbaycana və Gürcüstanda yaşayan azərbaycanlılara xüsusi diqqət yetirib”.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski M. Saakaşviliyə Ukrayna vətəndaşlığını verdikdən sonra o, yenidən Kiyevə qayıdıb.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR