“ASB Bank”ın İnsan Resursları Departamentinə yeni rəhbər təyin edilib
09:21 / 12.10.2019
1079
"Azersun Holding”ə yaxın olan "Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB Bank) departamentlərindən birinə yeni direktor təyin edilib.
Sfera.az.a daxil olan məlumata görə, ASB Bankın İnsan Resursları (HR) Departamentinə rəhbər kimi Emil Ağarzayev təyin edilib və o bu vəzifə səlahiyyətlərini artıq bu aydan başlayaraq icra edəcək.
Kredit Müraciəti
Emil Ağarzayev 3 ildən çox idi ki, bu banka yaxın sığorta şirkəti – Azərbaycan Sənaye Sığorta ASC-də Satış və Adminstrativ İdarəetmə Departamentinin direktoru kimi çalışırdı. Daha əvvəl isə "Azersun Holding” MMC-də insan resurslar sahəsi üzrə müxtəlif rəhbər vəzifələrdə çalışıb.