ASB Bank-ın xalis mənfəəti 1,9 dəfə artıb

ASB Bank-ın xalis mənfəəti 1,9 dəfə artıb
 

"Azərbaycan Sənaye Bankı” ASC 2019-cu ilin 1-ci rübünü 3 milyon 207 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründə 1 milyon 689 min manat qazanmışdı. Beləliklə, "Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 1,9 dəfə artıb.

GƏLİRLƏRİ ARTIB

2019-cu ilin yanvar-mart dövründə "Azərbaycan Sənaye Bankı”nın cəmi gəlirləri 10 milyon 293 min manat, cəmi xərcləri 5 milyon 805 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 4 milyon 487 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətnin 549 min manatını ehtiyata ayırdığından və 731 min manat mənfəət vergisi ödədiyindən ilk rübü 3 milyon 207 min manat xalis mənfəət ilə bağlayıb.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 1-ci yrübündə "Azərbaycan Sənaye Bankı”nın cəmi gəlirləri 8 milyon 90 min manat, cəmi xərcləri 6 milyon 25 min manat, əməliyyat mənfəəti 2 milyon 64 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətinin 375 min manatını ehtiyata ayırdığından həm dövrü 1 milyon 689 min manat xalis mənfəət ilə bağlamışdı.

Müqayisə olunan dövrdə, Bankın faiz gəlirləri 6 milyon 130 min manatdan 6 milyon 300 min manata, qeyri-faiz gəlirləri isə 1 milyon 960 min manatdan 3 milyon 993 min manata qalxıb.

Qeyd edək ki, "Azərbaycan Sənaye Bankı” "Azərsun Holdinq"ə daxildir.


OXŞAR XƏBƏRLƏR

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...