Hadİsə

Aşan zibil maşınında həlak olan “JEK” işçilərinin ADLARI

Aşan zibil maşınında həlak olan “JEK” işçilərinin ADLARI
Göygöl şəhərində yük maşının aşması nəticəsində ölən və yaralanan şəxslərin adları məlum olub.
 
Sfera.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, qəza nəticəsində zibil maşının yük yerində olan Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri – 1966-cı il təvəllüdlü İmanov Elman Saleh oğlu və 1967-ci il təvəllüdlü Verdiyev Niyazi Mircəfər oğlu maşının altında qalaraq vəfat ediblər.

Maşının kabinasında olan 1980-cı il təvəllüdlü İmanov Habil Telman oğlu və 1978-ci il təvəllüdlü Nəcəfov Vaqif Rengen oğlu xəsarət alıblar.

Zibil maşının sürücüsü Müşfiq Mirzəyev isə ağır xəsarət almayıb.
 
AdRiver

XƏBƏR LENTİ