Cəmİyyət

ASAN könüllüsü Sofiya - VİDEO

ASAN könüllüsü Sofiya - VİDEO
Məşhur robot Sofiya ASAN könüllüsü olub.

Sfera.az-ın məlumatına görə, Dövlət agentliyinin şöbə müdiri Elnur Niftəliyev bildirib ki, "ASAN xidmət” robotla bağlı danışıqlar aparır.

O, "ASAN xidmət”ə müraciət edən vətəndaşlardan rəy sorğusunun alınmasında iştirak edəcək.

Sofiya dünyada ilk süni intelekt Humanoid robotdur. Bu robot 2015-ci ildə Hanson Robotiks şirkəti tərəfindən hazırlanıb. Sofiya süni intelekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilər. Robotun əsas özəlliyi isə insana məxsus 60-dan çox emosiyanı əks etdirə bilməsidir.

Sofiya robotu Azərbaycana ilk dəfə 22 oktyabrda İmişli Asan Həyat Kompleksinin açılışı zamanı prezident İlham Əliyevə təqdim olunub.

Sofiya bu günə qədər dünyada bir çox məşhur simalar, prezidentlər, aktyorlarla görüşüb. O, tanınmış televiziya kanallarında, xəbər proqramları və teledebatlarda iştirak edib.
 
REAL


AdRiver

XƏBƏR LENTİ

«    Yanvar 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031