ASA-nın İdarə Heyətinə yeni sədr təyin olundu
Məlumata əsasən, bu qərar Assosiasiyanın Müşahidə Şurasının iclasında qəbul edilib.
A.Əliyev bu vəzifədə Mustafa Abbasbəylini əvəz edib.
Qeyd edək ki, Azər Əliyev hazırda "Atəşgah Life” sığorta şirkətinin İdarə Heyətinin sədridir.
Mustafa Abbasbəyli öz növbəsində əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub.
Qəbul edilmiş qərara əsasən, 2 oktyabr 2017-cil il tarixindən "Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının üzvü Azər Əliyev "Atəşgah" Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. "Atəşgah" Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Tələt Səfərov isə "Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının üzvü vəzifəsinə seçilib.
A.Əliyev daha əvvəl "Atəşgah” SŞ-nin baş direktoru vəzifəsində, "Atəşgah” SŞ İdarə Heyəti sədrinin müşaviri, eləcə də uzun müddət Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri kimi fəaliyyət göstərib.