Arxa oturacaqda təhlükəsizlik kəməri taxmayanlar cərimələnəcək - XƏBƏRDARLIQ

Arxa oturacaqda təhlükəsizlik kəməri taxmayanlar cərimələnəcək - XƏBƏRDARLIQ
 

"Son günlər respublikanın avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzalar nəticəsində ölən və xəsarət alanların əksəriyyəti istismar müddəti çox olan, müasir təhlükəsizlik elementləri ilə təchiz edilməmiş köhnə avtomobillərin sürücüləri və sərnişinləridir".

Bu barədə Sfera.az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

"Lakin təəssüflər olsun ki, belə avtomobillərin konstruksiyasında bütün oturacaqlar üçün yeganə təhlükəsizlik elementi olan təhlükəsizlik kəmərlərinin nəzərdə tutulmasına və istehsalçı zavod tərəfindən təchiz edilməsinə baxmayaraq, bəzi nəqliyyat vasitələrinin sürücüləri tərəfindən arxa oturacaqların kəmərləri bilərəkdən çıxarılır ki, bu da toqquşma və ya aşma zamanı salondakı insanların həlak olmalarına, yaxud ağır yaralanmalarına səbəb olur.

 

Belə halların qarşısının alınması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri xəbərdar edir ki, mart ayının 15-dən respublika üzrə keçiriləcək təhlükəsizlik tədbirləri zamanı konstruksiyasında təhlükəsizlik kəmərləri nəzərdə tutulmuş avtomobil saxlanılarkən təhlükəsizlik kəmərlərinin çıxarılması halları müəyyən edilərsə, həmin nəqliyyat vasitəsini idarə edən sürücü, kəmərlərin mövcud olduğu, lakin arxa və ya qabaq oturacaqdan asılı olmayaraq hərəkət zamanı sərnişin tərəfindən istifadə edilməməsinə görə isə sərnişinlər inzibati məsuliyyətə cəlb ediləcəklər.

Ümid edirik ki, hər bir hərəkət iştirakçısı müraciətimizə düşünülmüş şəkildə yanaşacaq, yol hərəkəti qaydalarına ciddi əməl etməklə özünün və doğmalarının həyatını təhlükə ilə qarşı-qarşıya qoymayacaq". - deyə K.Əliyev bildirib.


OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...