Arvadının evinə bomba atdı
20:08 / 08.01.2019
3323
Türkiyənin Malatya vilayətindəə boşanmaq istəyən bir kişi arvadının evinə səs bombası atıb. İki uşaq anası Sevkan Ordu adlı qadın polisə şikayət edərək bildirib ki, əri onu ölümlə hədələyir.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 15 illik evli olan cütlük boşanma ərəfəsindədi. Lakin kişi buna qarşı çıxır. S.Ordu polisə verdiyi ifadədə deyib ki, yoldaşı tez-tez onu döyürmüş. Bezib atası evinə getdikdən sonra təzyiqlər davam edib. "Qorxumuzdan çölə çıxa bilmirik. Yoldaşım maşınımızın təkərini bıçaqla deşib, evimizi gülləyə tutub, dükanımızı yandırdı, hətta bomba da atıb evimizə. Məndən başqa qohumlarımıza da təzyiq etməyə çalışır. Mən ölən qadınlardan biri olmaq istəmirəm.”