Arvadı xəyanət edən kişi nə etməlidir: onu neft iyi verənə qədər döyərdim... - Məşhurlardan ŞOK CAVABLAR

Arvadı xəyanət edən kişi nə etməlidir: onu neft iyi verənə qədər döyərdim... - Məşhurlardan ŞOK CAVABLAR
Son günlər kişinin ona xəyanət edən həyat yoldaşının saçını kəsməsi, üstəlik onu təhqir edərək çəkdiyi görüntülər sosial şəbəkə və mediada əks-səda doğurub. Kişini bu addımına görə qınayanlar da var, ona haqq qazandıranlar da.

Hadisədə xəyanətin olub-olmaması, görüntülərin necə çəkilməsi araşdırma tələb edən mövzudur. Təcrübə göstərir ki, sübut edilib-edilməməsindən asılı olmayaraq "qadın xəyanəti" mövzusu cinayətlə yekunlaşır.

Nə üçün azərbaycanlı kişi xəyanət edən qadını ancaq özü cəzalandırmaq istəyir və bu məsələdə 100 faiz haqq sahibi olduğunu düşünür?

Milli.Az bildirir ki, yazar Aysel Əlizadənin fikrincə, kişinin səbəbindən asılı olmayaraq qadına əl qaldırması, bu cür addım atması vəhşilikdən xəbər verir:

"Bəzi insanlardan bundan da pis davranış gözləyirəm. Bu məsələdə problem videonun yayılması deyil, əsas məsələ o fəlakət, gerizəkalılıq, vəhşilikdir. Bir insanı necə döyüb, saçını kəsib kameraya çəkmək, təhqir etmək olar? O insana kim bu haqqı verə bilər? Qadının onunla ailə qurması, hər hansı problemdə onu bu cür döyməsinə əsas vermir. Ölkədə qanun var, məhkəmə var. İnsan problemini bu cür həll edə bilməz. Belə insanları məcburi məktəblərə cəlb edib oxutmaq lazımdır. Onlara hüquq, mədəniyyət, estetika, qadın-kişi münasibətlərindən dərs deyilməlidir. Başqa variant yoxdur".

Aktyor Kamran Ağabalayev kişinin qadını döyməsinin tarixən formalaşmış yanlış düşüncə olduğunu bildirib:

"Əgər ortada xəyanət varsa, qadını vicdanı ilə baş-başa buraxıram. Ancaq həmin kişini neft iyi verənə qədər döyərdim. Biz sivil ölkədə yaşadığımızı deyirik. Bu cür davranışlar sivil ölkə ifadələrinə uyğun gəlmir. Yəqin ki, insanların yalnız 5 faizi sivil ölkədə yaşamağın mənasını anlayır. XXI əsrdə nə üçün kişi özü yoldaşına cəza verməlidir? O kişinin özünü babat döyərdim. Yəqin ki, bizim kişilər özlərini daha güclü hesab etdiklərinə görə, qadına da cəzanı özləri vermək istəyir. Biz nə qədər bərabərhüquqlu cəmiyyətə sahib olduğumuzu desək də, maləsəf, hələ o səviyyəyə çatmamışıq. Bütün filmlərdə qadınlar mətbəxdə, sobanın arxasında söhbət edirlər. Kişi isə hər zaman özünü güclü və üstün hiss edir. Yəqin ki, tarix boyu beynimizdə yer edib. Həmin kişi qanun qarşısında cəzalandırılmalıdır. Özünə kişi deyən kəs o addımı atmaz. Həmin şəxsə də kişi deməməliyik".

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bu mövzuya birmənalı münasibət bildirməyin mümkün olmadığını deyir:

"Məsələnin xəyanət və cinayət tərəfi, eyni zamanda zorakılıq faktları var. Hazırda hadisəni hüquq-mühafizə orqanları araşdırır. İstənilən halda zorakı münasibətlər birmənalı qəbul edilən deyil. Xəyanət mövzusu bizim vətəndaşlar tərəfindən obyektiv, soyuq, sakit müzakirə edilə bilmir. Hər kəsin xəyanətə reaksiyası fərqlidir - kimi döyür, kimi qovur, kimi də öldürür. Emosiyalarımızı idarə edə bilmədiyimizə görə mesaj verə bilmirik. Bundan başqa, qadının xəyanəti təsdiqini tapsa, o zaman hər kəs həmin mesaj verəni əxlaqsızlığı təbliğdə ittiham edəcək. Lakin istənilən halda cinayət cəzasız qalmamalıdır. Hadisəni törədənin Azərbaycanda olmaması vəziyyəti çətinləşdirir. Hüquq mühafizə orqanları bu istiqamətdə araşdırma aparır. Nəticələri onlardan öyrənə biləcəyik".

M.Zeynalova xəyanət edən tərəfin məsuliyyətə cəlb edilməsinin bu cür hallara qarşı çıxış yolu olduğunu düşünür:

"Xəyanət mövzusunda qadınlar hər zaman stiqmaya məruz qalır. Heç vaxt qadın haqqında birmənalı düşünülmür. Hətta qadınlar özləri də həmcinslərinə qarşı kəskin münasibət sərgiləyə bilir. Aldığımız məlumata görə, bu gün həmin qadının həyatı təhlükədə deyil, anası yanındadır. Hətta qadın xəyanət etmiş olsa belə, ona qarşı törədilən əməl cinayətdir. Həmin şəxs məsuliyyətə cəlb edilməlidir. Bununla yanaşı, qanunvericilikdə xəyanət edən şəxsə qarşı da cinayət məsuliyyəti qaldırıla bilər. Təəssüf ki, qanunvericilikdə belə bir məqam yoxdur. Hər şey zamanın tələbinə uyğun olaraq dəyişə bilir. Bu məsələdə zorakılıqla yanaşı, əgər varsa, xəyanəti biz də qınayırıq". (publika.az)

OXŞAR XƏBƏRLƏR

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  Fövqəladə hallar naziri g...

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə ...

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...