Arvadı evdən qaçan kişi özünü yandırdı

Arvadı evdən qaçan kişi özünü yandırdı
Lənkəran sakini intihara cəhd edib.
 
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Nüvədi qəsəbəsində baş verib.

Kərgəlan kənd sakini Elvin Əflatun oğlu Məmmədov əvvəllər vətəndaş nikahında yaşadığı, sonra isə ayrıldığı Vüsalə Balamirzə qızı Cəfərovanın yaşadığı evin həyətinə gələrək özünü yandırıb.

O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Burada ilk tibbi yardım göstərilən E. Məmmədova hər iki yuxarı ətrafın, kürəyin və boyun nahiyəsinin III-IV dərəcəli yanığı diaqnozu qoyulub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. 

Qeyd edək ki, yanvar ayında V. Cəfərova ailə münaqişəsi zamanı evi tərk edib. E. Məmmədov isə onun evdən qaçması ilə bağlı polisə məlumat verib. 

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR