Artur Rasizadə təqaüdlərlə bağlı qaydaları dəyişdi

Artur Rasizadə təqaüdlərlə bağlı qaydaları dəyişdi
Baş nazir Artur Rasizadə "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"da dəyişiklik edib.

Sfera.az xəbər verir ki, qaydalara aşağıdakı dəyişikliklər edilib: 

1. Adına və 1-ci hissəsinə "sənədlərin" sözündən sonra "və məlumatların" sözləri əlavə edilsin. 

2. Həmin qərarla təsdiq edilmiş "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları" üzrə: 

2.1. adına, 1.1-ci və 4.8-ci bəndlərinə "sənədlərin" sözündən sonra "və məlumatların" sözləri əlavə edilsin; 

2.2. Qaydalara 1-7 nömrəli əlavələrin yuxarı sağ küncünə "sənədlərin" sözündən sonra "və məlumatların" sözləri əlavə edilsin; 

2.3. Qaydalara 1 nömrəli əlavəyə "sənədləri" sözündən sonra "və məlumatları (ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, doğum haqqında akt qeydinin nömrəsi, tarixi və qeydiyyata alındığı orqanın adı)" sözləri əlavə edilsin; 

2.4. Qaydalara 7 nömrəli əlavə - "Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı" üzrə: 

2.4.1. 1-ci hissəyə "sənədlər" sözündən sonra "və məlumatlar" sözləri əlavə edilsin; 

2.4.2. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin: "1.1. müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı); 

2.4.3. 1.2-ci, 1.3-cü, 2.4-cü, 2.6-cı, 2.9-cu, 2.10-cu, 2.13-cü, 2.15-ci, 2.26-cı və 2.31-ci bəndlər ləğv edilsin; 

2.4.4. aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilsin: 

"1.5. Aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan sənəd və məlumatların Azərbaycan Respublikası-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.13-cü maddəsinə əsasən elektron formada əldə edilməsi məqsədi ilə aşağıdakı dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur: 

1.5.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi; 1.5.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi; 1.5.3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi; 1.5.4. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti."; 2.4.5. 2-ci hissədə "sənədlər də" sözləri "sənədlər və məlumatlar da" sözləri ilə əvəz edilsin; 

Qaydalarda bir sıra yarımbəndlər ləğv edilib. 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... + FOTO

“WhatsApp” internet olmadan istifadə edilə biləcək.   Sfera.az “WABetaInfo”ya istinadən xəbər verir ki, istifadəçilər interne...

Məhkəmə Ələsgər Məmmədli barədə qərar QƏBUL ETDİ

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub.   Sfera.az xəbər ver...

Azərbaycan - Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib - Millət vəkili yazır…

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri bir çox ölkələrin, o cümlədən Ermənistanın mediasında geniş şərh olundu. Əslində ...

Prezidentdən Allahverən İsmayılov ilə bağlı SƏRƏNCAM

Allahverən İsmayılov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərə...

Bank BTB-də nə baş verir? Rəhbər işçilər bir-bir bankı tərk edir

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir.    Sfera.az xəbər verir ki, “Yeni Sabah”ın məlumatına görə, bu dəf...