Artıq «Zolotaya Korona» pul köçürmələrini karta mədaxil etmək mümkündür!

Artıq «Zolotaya Korona» pul köçürmələrini karta mədaxil etmək mümkündür!
Azərbaycanda "Zolotaya Korona” pul köçürmələrini etmək daha rahat olub. İndi bu servisin müştəriləri Android və iOS əməliyyat sistemli cihazlar üçün nəzərdə tutulmuş mobil tətbiq üzərindən beynəlxalq köçürməni bank kartına mədaxil edə bilər.   

Layihə "Expressbank” ASC ilə birgə əməkdaşlıq çərçivəsində "Zolotaya Korona” tərəfindən həyata keçirilib.

Xaricdən Azərbaycana göndərilən pul köçürmələrini Visa və Mastercard beynəlxalq ödəniş sistemlərinin Azərbaycanın istənilən bankı tərəfindən emissiya edilmiş bank kartlarına mədaxil etmək mümkündür. Pul köçürmələrinin valyutası Azərbaycan manatıdır.

"Zolotaya Korona"dan "Pul köçürmələri" mobil tətbiqi (+6) App Store-dan və Google Play-dən pulsuz yüklənir. Tətbiq yükləndikdən və təsdiqləndikdən sonra köçürməni karta tez və rahat bir şəkildə mədaxil etmək olur. Bunun üçün üç sadə addım atılmalı: "Karta mədaxil etmək” opsiyası seçilməli, vəsaiti alanın şəxsiyyət vəsiqəsinin məlumatları daxil edilməli və vəsaiti alanın bank kartının məlumatları yığılmalı. Vəsaitlər qeyd edilmiş karta köçürülür.
"Zolotaya Korona" ödəniş sistemi 2006-cı ildən etibarən Azərbaycanda fəaliyyət göstərir və Respublikanın 22 bankı, eləcə də dövlət müəssisəsi "Azərpoçt” ilə əməkdaşlıq edir. "Zolotaya Korona" beynəlxalq pul köçürmə xidmətləri Azərbaycanın bütün bölgələrində yerləşən 1500-dən artıq xidmət məntəqəsində təmsil olunur.
 
«Zolotaya Korona – Pul köçürmələri» servisi (КoronaPay brendi) "Zolotaya Korona” ödəniş servisləri sisteminin bir hissəsidir. Pul köçürmələri operatoru «Платежный Центр» (MMC), Novosibirsk, Kirov küçəsi, ev 86, dövlət qeydiyyat nömrəsi 1025400002968, Rusiya Federasiyasının Mərkəzi Bankının 14.04.2014 tarixli 3166-К saylı lisenziyası. Servis Bank hesabı açılmadan Avstriya, Azərbaycan, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Vyetnam, Almaniya, Yunanıstan, Gürcüstan, Misir, İsrail, İordaniya, İrlandiya, İspaniya, İtaliya, Qazaxstan, Kipr, Çin, Qırğızıstan, Latviya, Makedoniya, Moldova, Monqolustan, Nepal, Nigeriya, Niderland, Portuqaliya, Rusiya, Rumıniya, Serbiya, Tacikistan, Türkiyə, Özbəkistan, Fransa, Çernoqoriya, Çexiya, Estoniya və bir sıra digər ölkələrdə pul köçürmələri xidmətlərini göstərir.​ www.koronapay.com və Facebook.

"Expressbank" ASC Azərbaycanın 1989-cu ildə təsis edilmiş ilk kommersiya bankıdır. Bakıdan başqa, bankın filialları Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində fəaliyyət göstərir. Bankın qurğular şəbəkəsi təxminən 80 bankomat, 3,500 POS-terminal və 700-dən çox ExpressPay terminalını əhatə edir. "Expressbank” MasterCard Worldwide və Visa International beynəlxalq ödəmə sistemlərinin, həmçinin SWIFT beynəlxalq banklararası ödənişlər sisteminin üzvüdür. Daha ətraflı www.expressbank.az.


 

OXŞAR XƏBƏRLƏR

Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini MƏLUMATLANDIRDI

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında törədilən mina terroru haqq...

Bayden qanunu imzalayacaq, lakin "TikTok" ABŞ-də qadağan olunmaya bilər - SƏBƏB

Xəbər verdiyimiz ki, Co Bayden bu gün ABŞ-də “TikTok”un qadağan olunması ilə bağlı qanun layihəsi imzalayacaq.   Sfera.az bildirir k...

"Yuventus" 22-ci FİNALDA - Növbəti görüşün tarixi BƏLLİ OLDU

Dünən, aprelin 23-də “Yuventus” İtaliya kubokunun yarımfinal cavab oyununda “Latsio”ya 1:2 hesabı ilə uduzsa da, ümumi hesabda daha da i...

Bakıda məşhur restoran BAĞLANDI - RƏSMİ 

Bakıda restoranda yoxlama aparılıb, nöqsanlar aşkarlanıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. &nb...

"Bakı ən çox xarici investisiya qoyulan 3 şəhərdən biridir" – Mikayıl Cabbarov

2023-cü ildə ən çox birbaşa xarici investisiya yatırılan şəhərlərin reytinqində Bakı üçüncü yerdə qərarlaşıb.  Sfera.az xəbər verir ki, bu haqda məlum...

Mbappe milyonlarla avrodan buna görə imtina edəcək 

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa klubunu tərk edərək təxminən 130 milyon avrodan imtina edə bilər.   Sfera.az bildirir ki, forvard bu mövsüm al...