Sağlıq

Artıq su içməyin insan həyatı üçün fəsadları - Həkim rəyi

Artıq su içməyin insan həyatı üçün fəsadları - Həkim rəyi
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə, dərd verir o da... 
 
 
Kifayət qədər su qəbulunun insan həyatı üçün önəmli olduğu daim vurğulanıb. Son illər həkimlər, dietoloqlar hər insanın gün ərzində 2, 2,5 litr su içməsinin vacib olmasını deyir.
 
Bu günlərdə isə Rusiya mətbuatında çıxış edən bir həkim çox su içməyin xeyirli olması ilə bağlı fikirləri təkzib edib. Həkimin sözlərinə görə, insanın su içmək könlündən keçmirsə və özünü məcbur edirsə o zaman orqanizmdə fəsadlar yarana bilər.
 
Bəs görəsən, hər zaman faydalarını eşitdiyimiz, həyat mənbəyi adlandırılan suyun, çox içilərsə, insan orqanizminə hər hansı bir təhlükəsi varmı?
 
Mövzu ilə bağlı Lent.az-ın suallarını cavablandıran terapevt Nahid Məhərrəmov bildirdi ki, su insan orqanizmi üçün olduqca önəmlidir.
 
"Hər bir insan gün ərzində 1-2 litr maye qəbul etməlidir. Su orqanizmi sağlam saxlayır, qanın və bütün orqanların qidalanmasını təmin edərək, zərərli maddələri bədəndən uzaqlaşdırır. Suyu az içən insanlarda infarkt riski də daha çox olur. Ancaq istisna hallar var ki, əyər bir insanda arterial təzyiq yüksəkdirsə, bu insana çox su içmək olmaz, təzyiq daha da yüksələ bilər. Bura böyrək xəstəliklərindən əziyyət çəkənlər də daxildir. Böyrəyində problem yaranan insanlar içdiyi suyu geri ifraz edə bilmir ki, bu da bədənin şişməsinə və digər fəsadlara yol aça bilər. Ancaq o demək deyil ki, bu xəstələri sudan tamamilə təcrid etmək lazımdır”. 

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031