Artıq heç kim adına görə utanmayacaq

Artıq heç kim adına görə utanmayacaq
Azərbaycanda uşaqlara adların verilməsi ilə bağlı xüsusi qaydalar tərbiq olunacaq.Tətbiq olunacaq yeni qaydalarla bağlı lazımi tövsiyyələr Milli Elmlər Akademiyası tərəfindən Nazirlər Kabinetinə təqdim edilib və hazırda tövsiyyələr müzakirə olunur. Bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.Onun sözlərinə görə, tövsiyyələr ondan ibarətdir ki, iki-üç mərhələli mürəkkəb adların qoyulması məsləhət deyil, adların milli mənsubiyyəti olmalıdır: “Bəzən uşaqlara milli mənsubiyyətə uyğun olmayan adlar qoyurlar, misal üçün Vera, Zara, Hitler və s. Eyni adların müxtəlif cür yazılması məsələsi də tövsiyyələr arasında öz əksini tapıb. Məsələn, “Mehti” - “Mehdi”, "Müşvik" - "Müşfiq" kimi adlardan yalnız biri yazılacaq”.“Ümumiyyətlə, iki addan ibarət olan adlara da müəyyən məhdudiyyətlər qoyulub və mümkün qədər Allahverdi, İmamqulu kimi adların qoyulması tövsiyyə olunmur”, - deyə Nizami Cəfərov əlavə etdi.Komitə sədri deyir ki, yeni nəslə mürəkkəb adların qoyulması heç vaxt tövsiyyə olunmayıb: “Amma indi məsələ daha çox sərtləşdirilməlidir. Yəni, bununla bağlı sənəd qəbul olunarsa, artıq bu sahədə olan problemlər qanunla həll olunacaq”.Soyadlara gəldikdə isə, N. Cəfərov azərbaycanlıların soyadlarının əksəriyyətinin sonluğunun "ov", "ova" ilə bitdiyini dedi: "Bununla bağlı da təqdim olunan sənəddə xüsusi göstərişlər var. Vahid soyad olsa, daha yaxşı olar."





Sənədin hansı formada qəbul ediləcəyi məsələsinə gəlincə isə, N.Cəfərov bildirib ki, bu istiqamətdə müzakirələr hal-hazırda aparılırdığını və Mİlli Məclisə təqdim olunduğunu vurğuladı. 

Milli Məclisi bu sənədi qəbul etsə, onda, narazı valideynlər nə edəcəklər? - sualına sədr cavab verdi ki, o zaman valideyn məhkəməyə müraciət edə bilər. Məhkəmə də bu işi araşdırandan sonra qərar qəbul olunancaq.


Nizami Cəfərov - Milli Məclisin Mədəniyyət komitəsinin sədri


Valideyn Tofiq Mustafayev məsələ ilə razı olduğunu, həqiqətən də, çox uzun adların uşaqlara qoymağın düzgün olmadığını dedi: "Qızlara və oğlanlara elə adlar qoyurlar ki, uşaq böyüdükcə, adından utanır və çox vaxt adını dəyişir. Yaxşı olar ki, elə əvvəlcədən uşağına normal ad qoyasan. Məsələn, mənim bir oğlum, iki qızım var. Oğlumun adı İlkin, qızlarımın isə, Ləman və Rəbiyyədir. İkincinin adı anamın adı olduğundan qoymuşam, yoxsa, ona da müasir ad qoyardım."

Əzizağa Heybətov isə bir ata kimi nə övladlarına, nə də nəvələrinə razı deyil ki, sonu "li" və ya "zadə" olan sayad qoyulsun. Onun sözlərinə görə, nəsillikcə olan soyadı dəyişmək düzgün deyil, hətta, söhbət yalnız sonluqdan getsə belə: "Mən heç nəvələrimin soyadlarının sonluğunu başqa cür yazdırmağa icazə vermədim. Onlar, axı, mənim, nəslimin davamçılarıdır."

Hüquqşünas Tahir Əlirzayev isə tövsiyyə xarakterli bu qanunun qəbul edilməsi ilə tam razı olduğunu dedi. Onun sözlərinə görə, bu milliliyimiz bərpa olunması üçün atılan ən düzgün addımlardan biridir: "Bu sahadə dəfələrlə müzakirələr gedib, sözsüz ki, ad və soyadın verilməsi hər bir valideynin subyektiv hüququdur. Heç kim də ona bu hüququ qadağan edə bilməz. Lakin, baxın, qonşu Gürcüstanda, Ermənistanda demək olar ki, soyad sonluqları eynidir "vili", "yan", amma biz də 3 cür soyada rast gəlmək olar. Bundan başqa, həmin ölkələr də sovet əsarətində olub, amma hansı birində, "Xolkoz", "Sovxoz" adına rast gələ bilərsiniz? Odur ki, xalqımız belə hallara diqqət yetirməli, bu sahədə nizam-intizamın yaradılması, milli kökə qayıtmaq üçün verilən qərarla razılaşmalıdır."

Nəzərə alsaq ki, biz artıq demokratik ölkədə yaşayırıq, təbii ki, hər kəsin istədiyi adı və soyadı seçmək hüququ var. Amma zəmanə dəyişib, dövran başqalaşıb, indi daha müasir dövrdə yaşadığımızı düşünsək, övladlarımıza ad seçərkən daha diqqətli olaq. Bu baxımdan, milli dəyərlərimizi, milli kökümüzü qorumaq şərti ilə, gəlin, uşaqlarımıza elə ad və soyad qoyaq ki, onlar gələcəkdə bu ada görə utanmasınlar. Çünki bəzən uşaqlara qoyulan adlar onlar üçün gələcəkdə problemə çevrilir.

Anspress

Aysel


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu COP29-a dəvət edib.   Sfera.az xəbər verir ki, bu barədə dövlət başçısı qırğ...

İlham Əliyev: "Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək"

Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə töhfə verəcək.   Sfera.az xə...

Blinken Çində səfərdədir

ABŞ dövlət katibi Entoni Blinken Çində səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller &...

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası İNŞA EDİLƏCƏK

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır ...

Hansı qida məhsullarını daha çox istehlak edirik? - STATİSTİKA

Azərbaycan əhalisinin ötən il ərzində qida məhsullarının istehlakına dair statistikası açıqlanıb.  Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəb...

Prezidentlər mətbuata bəyanatlarla çıxış ETDİLƏR - VİDEO - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. &nbs...