Artıq bütün Wi-Fi parollarını sındırmaq mümkündür

Artıq bütün Wi-Fi parollarını sındırmaq mümkündür
 Ən güclü və ən təhlükəsiz Wi-Fi şifrələmə protokolu kimi WPA2 tanınırdı. Təəssüf ki, son 6-7 ildə bütün modemlərə daxil olan WPA2 şifrəsi artıq ən güclü deyil. Artıq WPA2 şifrələməsi də hakerlər tərəfindən qırıldı. 13 illik WPA2 texnologiyasını KRACK (Key Reinstalition Attacks) üsulu ilə qırmaq mümkündür.
Məlumdur ki, hakerlər Wi-Fi şəbəkənizi sındırdığı andan etibarən kompüterinizdə etdiyiniz bütün əməliyyatlara daxil ola biləcəklər. Hələlik bunun qarşısını almaq üçün VPN istifadə etmək lazımdır. Ancaq xüsusilə ictimai Wi-Fi yerlərində VPN istifadə etməyiniz çox xərc tələb edir. Odur ki, VPN də uzunmüddətli həll deyil. Bu baxımdan da WPA2 şifrələmə protokolunun daha modern hala gətirilməsi üzərində işlərə başlanılıb. /Movqe.az
 
Sfera.az 

OXŞAR XƏBƏRLƏR