Arıqlamaq istəyənlər, DİQQƏT: Heç bir pəhriz sizə kömək etmirsə...

Arıqlamaq istəyənlər, DİQQƏT: Heç bir pəhriz sizə kömək etmirsə...

Aile.lent.az endokrinoloq Nadirə Ağazadənin məqaləsini təqdim edir.

 

Artıq çəkiniz varsa, amma tutulan pəhrizlər sizə kömək etmirsə, bu vəziyyətdə mütləq hormonal pozğunluqları araşdırmaq lazımdır. Artıq bundan sonra tutulan düzgün pəhriz kilo verməyi daha da sürətləndirəcək. Piylənmədən əziyyət çəkən insanların çoxunda endokrin sistemdə bir problem olduğundan bunu nəzərdən qaçırmamalıdırlar.

Artıq çəkiyə səbəb olan və çəki verməyi əngəlləyən hormonal pozğunluqlar hansılardır?


- HİPOTİREOZ (Qalxanabənzər vəz yetməzliyi) - orqanizmdə metabolizm yavaşlayaraq artıq çəki yığmağa səbəb olur. Əsasən menopauzada olan qadınlarda tiroid yetməzliyi də varsa, arıqlamaq daha da çətinləşir. Artıq çəkidən başqa halsızlıq, yorğunluq, yaddaşın zəifləməsi, quru dəri, saçların tökülməsi, qəbizlik, menstrual pozğunluq və s. kimi şikayətlər üzə çıxır.


- İNSULİN DİRƏNCİ - mədəaltı vəzdən kifayət qədər insulin ifraz olunmağına baxmayaraq təsirini göstərə bilmədiyindən qlükozanı hüceyrə daxilinə sala bilmir, zaman keçdikcə mədəaltı vəz insulin ehtiyacını qarşılamaqda çətinlik çəkir və xəstələrdə prediabet və şəkərli diabet 2-ci tip əmələ gəlir.


- PCOS (Yumurtalıqlarin polikistoz sindromu) - artıq çəki ilə yanaşı tüklənmə, menstrual pozğunluq, polikistik yumurtalıqlar bu kimi şikayətləri özündə birləşdirən kompleks bir xəstəlikdir. Əgər qadında sadaladığımız şikayətlər varsa, vaxtında diaqnoz dəqiqləşdirilməli və müalicə edilməlidir.


- HİPERPROLAKTİNEMİYA (Prolaktin yüksəkliyi) - artıq çəkili qadınlarda süd vəzilərindən süd gəlmə, tüklənmə, baş ağrıları, menstrual pozğunluq, sonsuzluq kimi şikayətlər də yanaşı gedirsə, prolaktin yüksəkliyini törədən səbəb araşdırılmalıdır.
 

Bəzi xəstəliklərdə istifadə olunan dərman preparatları kilo artımına səbəb ola bilərlər:
- Şəkərli diabetdə - insulin, antidiabetik dərmanlar
- Epilepsiya əleyhinə istifadə olunan (antiepileptik)
- Antidepressantlar, hipertoniya əleyhinə istifadə olunan (b bloker)
- Steroid hormonlar və s.


OXŞAR XƏBƏRLƏR