Arif Yunusun erməni sevdasının anatomiyası

Arif Yunusun erməni sevdasının anatomiyası
 

Arif Yunusun "Rusiya Erməniləri İttifaqı”nın rəsmi orqanı olan "Noev kovçeq” qəzetinin №9 (320) saylı 9 sentyabr 2019-cu il tarixində verdiyi müsahibəsi isbat edir ki, onun Ermənistan "xüsusi xidmət orqanları” ilə əməkdaşlığının tarixi çox uzaq illərə dayanır. O, müsahibəsində saxtakarcasına iddia edir ki, guya Azərbaycan 25 ildə Avropada lobbiçilik məqsədilə 10-15 milyard dollar vəsait xərcləyib. Qarabağ probleminin həlli üçün Azərbaycan xalqını "sülhə” hazırlamaqdan savayı başqa çıxış yolu yoxdur.

 

Saxta "konfliktoloq”

 

Arif Yunus 2000-ci ildə "Mesxeti türkləri” (rus dilində) kitabını yazaraq, Ahısqa türklərinin Gürcüstana, vətənə dönüşü üçün guya bu xalqın vaxtilə xristian (məsihi-mesxet) olması və buna görə də "erməni”, ya da "gürcü” etnik kimliyini qəbul etmələri olduqlarını iddia etdi. 2002-ci ildə "Dünya mədəniyyəti” (rus dilində) adlı kitabı çıxdı. Bu kitabda Azərbaycan mədəniyyətinin inkarı örtülü şəkildə irəli sürüldü. 2007-ci ildə yazdığı "Azərbaycan XXI əsrin başlanğıcında: konfliktlər və potensial təhlükələr” kitabını (rus dilində) dərc etdirdi. "Qarabağ konflikti” ilə bağlı dolayı yolla ermənilərin işğalçı siyasətinə hüquqi baxımdan don geyindirməyə çalışdı. Həmin illərdə qaçqınlar, miqrasiya və regional təhlükəsizliklə bağlı 40-dan çox məqalə yazaraq, ermənilərin işğalçılıq siyasətinə bəraət verdi. Beləliklə, erməni lobbisinin dəstəyi ilə beynəlxalq dərəcəli "ekspert” və "konfliktoloq” statusunu qazandı. Onun rəhbərliyi altında bu gün fəaliyyət göstərən "ipdthinktank.org” saytı rus və ingilis dillərində yorulmaq bilmədən Azərbaycan dövlətinə qarşı çamurlar yağdırmaq siyasətini yürüdür. Leyla və Arif Yunuslar Sülh və Demokratiya İnstitutunun rəhbəri kimi Azərbaycanda insan haqlarının müdafiəsi adı altında dövlətçiliyimizə qarşı çıxanların hüquqlarının beynəlxalq önə çəkmək taktikasını ortaya atıblar.Onların müdafiə etdikləri əksər insanlar radikal dini cərəyanlara məxsus və Azərbaycanda sivil dövlət quruluşunu, mövcud mülki cəmiyyət Konstitusiyasını dəyişdirərək "şəriət dövləti” qurmaq istəyənlərlə bağlıdır. Hətta bu tip şəxsləri "vicdan məhbusu”, "siyasi məhbus” adlandırmaqdan belə, çəkinmirlər. Bu iki şəxsin iddiasına görə, Azərbaycan dövləti guya inanclı insanları təqib edir və hətta qanunsuz yolla həbsxanalara ataraq onlara işgəncələr verilir. 2017-ci ildə Gəncədə Yunis Səfərov adlı radikal islamçı tərəfindən törədilmiş cinayəti belə, Arif və Leyla Yunus "insan haqlarının pozulması” kimi qələmə veriblər. Min dəfələrlə təəssüflər olsun ki, ABŞ və Avropadakı bəzi insan haqları təşkilatları, xüsusilə də Avropa İttifaqının komissiyaları Leyla və Arif Yunusların hazırladıqları yalan və iftira dosyelərinə üstünlük verirlər.

 

Arif Yunusun "etirafları”nın dalğası

 

Arif Yunus müsahibəsində etiraf edir ki, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı və ictimaiyyətdə insan haqlarının müdafiəçisi kimi tanınan Laura Bağdasaryanla 15 ildən çoxdur birgə çalışır. O, müsahibəsində hətta Lauradan olduqca məmnun qaldığını etiraf edir. 2012-ci ildə Laura Bağdasaryanla birgdə açdığı "İctimai dialoq” (publicdialogues.info saytı) internet resursunu indiyə kimi paralel şəkildə çalışdırdığını da gizlətmir. Əslində bu layihələr "Ermənistan Strateji və milli araşdırmalar mərkəzi” (Manvel Sərkisyan), "Noravank” Siyasi Araşdırmalar Mərkəzi Fondu (Sergey Sərkisyan), "Qaçqınlar və beynəlxalq hüquq şəbəkəsi” (Arman Melikyan), "Region” araşdırmalar mərkəzi (Laura Bağdasaryan) və digər erməni mərkəzləri ilə birgə həyata keçirilir.

Arif və Yela Yunuslar ötən ilin noyabrında Avstriyanın paytaxtı Vyanada alman dilində əndrabadi bir kitab dərc ediblər: "Sovet həbs düşərgəsindən Azərbaycan həbsxanasına kimi”. Kitabda ər-arvad yunuslar iddia edirlər ki, Azərbaycanda həbsxanaların durumu "sovet hərbi əsir düşərgələri”ndən daha dəhşətlidir. Halbuki, Avropa Şurası, Avropa Birliyi və beynəlxalq təşkilatların iştirakı ilə Azərbaycanda cəzaçəkmə müəssisələrinə dəfələrlə baxış keçirilib. Keçmişdən miras qalmış bütün problemlər 15 il bundan öncə öz həllini tapıbdır.

 

Arif Yunus Ermənistanda hüquqları pozulan və Avropa Məhkməsinin qərarı ilə 1.6 miyon dollar təzminat alan Yuri Vardanyanı nümunə göstərərək, belə bir addımın Azərbaycanda da atılması ideyasını irəli sürübdür. Guya Bakıda şəhərin abadlaşdırılması prosesində 60 min nəfər paytaxt sakininin mülkiyyət hüquqları pozulub və son dövrdə həmin rəqəm 100 min nəfəri ötüb. Süni olaraq "bakılı” ideyasını önə çəkməklə əhalini "yerli” və "gəlmə” kateqoriyasına bölməyi də unutmur.

 

Arif Yunus Azərbaycan hakimiyyətinə böhtan ataraq bildirir ki, 2012-2014-cü illərdə rəsmi Bakı avropalı siyasətçiləri və məmurları ələ almaq üçün 3 milyard dollar vəsait xərcləyib. İlk öncə soruşmaq lazımdır bu rəqəmləri haradan götürüb? İkincisi sən bu prosesdə iştirak etmisənmi? Arif Yunus erməniləri heyrətə gətirmək üçün qeyd edir ki: "Bu həcmdə olan vəsait Ermənistanın illik büdcəsi qədərdir”.

 

"Kürü diplomatiyası” adlı bayağı mövzunu qabartmaqla qeyd edir ki: "avropalı məmurları və siyasətçiləri daha çox bahalı hədiyyələrlə ələ alıblar”. O zaman bir daha sual yaranır ki: "Arif Yunus həmin bahalı hədiyyələrdən birinin ünvanını göstərə bilərsənmi?”. Arif Yunus yalanlarından vəcdə gələrək guya Azərbaycana can yandırırmış kimi bildirir ki: "Bütün bunlar ölkənin milli maraqlarına çox ciddi zərbədir”.

 

Erməni jurnalist David Stepanyan daha da irəli gedərək A.Yunusdan Qarabağla bağlı fikirlərini öyrənmək istərkən heç bir azərbaycanlının deyə bilməyəcəyi faktı belə önə çəkir: "Nikol Paşinyan bu yaxınlarda Dağlıq Qarabağa səfərində bölgənin Ermənistan ərazisi olduğunu elan etdi. Halbuki əvvəllər Ermənistana rəhbərlik etmiş şəxslərin heç biri belə bənayat verməmişdi. Ermənistanda olduğu kimi, Azərbaycan tərəfi də daim populist çıxışlar edir. Azərbaycanda daim müharibə çağırışları səsləndirilir. Sülh prosesi adı altında müharibəyə dəvət notları üzərində qurulan siyasət yürüdür. Sabah doğrudan da müharibə başlasa, məsuliyyəti kim daşıyacaq?”. O zaman A.Yunusa bir daha sual ünvanlamağa məcburuq: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün nə qədər və neçə il gözləməlidir? Bir milyondan artıq məcburi köçkün və qaçqın nə vaxt doğma evlərinə, yurd-yuvalarına geri dönməlidirlər?” Əgər bu suallara konfliktoloq kimi cavabın yoxsa, o zaman daşıdığın ictimai statusundan imtina et.

 

Yeni məkrli siyasi hədəflər

 

Arif Yunus özlərini "ana müxalifət” elan etmiş "Milli Şura”nın Avropa üzrə təmsilçiliyinin üzvüdür. Hətta "Milli Şura” kimi amorf təşkilatı Avropada mümkün qədər təbliğ edir. O da bəllidir ki, "Milli Şura”nın aparıcı sosial dayağı elmi və ictimai sahədə heç bir savadı olmayan mövhumatçı kəsimi özündə birləşdirən AİP funksionerləridir. Onların "Milli Şura”da təmsil olunmasının sirri radikal dini baxışlarla söykənərək ölkədə mövcud Konstitusiyanı silahlı yolla dəyişdirərək "şəriət dövləti” təşəbbüsündə olduqlarını heç bir zaman gizlətməyən və buna görə məhkəmə hökmü ilə həbs cəzası almış tərəfdarlarını qorumaqdır. "Milli Şura” isə, Leyla və Arif Yunus kimilərinin vasitəsilə beynəlxalq insan haqları təşkilatlarını aldadıb (bunun müqabilində Azərbaycanla qonşu olan xarici ölkə kəşfiyyat orqanlarının birindən külli miqdarda pul almaq şərti ilə) radikal dindarlara "siyasi” və "vicdan” məhbusu statusunu almaqdır.A.Yunusun indiki məqamda erməni KİV-lərinə müsahibə verməsinin əsas səbəbi isə Ermənistanın işğalçılıq siyasətini "haqlı” çıxarmaqdır. Azərbaycan dövləti işğal altında olan əraziləri azad etmək üçün hərəkətə keçdiyi bir ərəfədə Ermənistanın xüsusi xidmət orqanları "azərbaycanlı” simasında kadrları önə çəkərək onların vasitəsilə anti müharibə ovqatını gündəmə gətirməyə çalışırlar. Daha sonra həmin açıqlamaları və müsahibələri beynəlxalq aləmə təqdim etməklə Azərbaycan dövlətinə qarşı psixoloji baxımdan təzyiq vasitəsinə çevirirlər. "Demokrat”, "İnsan haqlarının müdafiəçisi” cildinə bürünərək və sair humanizm adlar adları altında Ermənistan öz məkrli planlarını həyata keçirir. A. Yunus kimi milli xəyanət yolunu özlərinə peşə seçənlər bu planın bir parçası olduqlarını ifadə edirlər. O da bəllidir ki, ermənisayağı həyasızlıqla Azərbaycanda A.Yunus onu ifşa edən yazıları dərhal "kopyalayıb” ağalarına məmnunluqla göstərəcəkdir. Çünki bu onun köhnə irsi xəstəliyindən irəli gəlir.

 

Ə. Yusifoğlu

 


OXŞAR XƏBƏRLƏR