Arif Əsgərovun qohumuna hökm oxundu

Arif Əsgərovun qohumuna hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Sfera.az bildirir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Emil Hüseynov son söz deyib. O bildirib ki, niyyəti aldatmaq olmayıb, iş məqsədi ilə pul alıb, lakin pul batıb: "Pulun bir hissəsini qaytarmışam. Azyaşlı uşağımı nəzərə alın".

Bundan sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hökm elan edilib. Təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladının olması və vurulan ziyanının bir hissəsini ödəməsi yüngülləşdirici hal kimi qiymətləndirilib və ona 9 illik həbs cəzası verilib.(APA)


OXŞAR XƏBƏRLƏR