Arif Alışanov AzTV-nin rəhbərliyindən çıxarıldı
16:39 / 15.01.2019
2987
"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov vəzifəsindən uzaqlaşdırılıb.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sədr vəzifəsini müvəqqəti olaraq AzTV-nin efirində gedən "Günün nəbzi” və "Həftə” analitik proqramlarının aparıcısı olan Rövşən Məmmədov icra edəcək.
Bu barədə rəsmi qərarın birazdan yayımlanacağı gözlənilir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Arif Nizam oğlu Alışanovun "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.