AKTUAL

“Ariel” aldı, içindən duz çıxdı –FOTO

“Ariel” aldı, içindən duz çıxdı –FOTO
 

Azərbaycanda hətta iri marketlərdə saxta malların satışa çıxarıldığı sirr deyil. Fırıldaqçı şirkətlərin gizli sexlərdə istehsal etdikləri məhsulların belə bazarlara hansı şəkildə yol tapdığı da müəmmalıdır. Çünki iri supermarket əbəkəəri adətən öz adlarına görə, belə məhsulların satıından imtina edirlər.  

JAMAZ.İNFO xəbər verir ki, işbazlar məşhur PG şirkətinin mallarına da girişiblər. Belə ki, müştərilər bu şirkətin emblemi ilə istehsal olunan "Ariel2 yuyucu tozunun keyfiyyətsiz olması bir kənara, içində ümumiyyətlə yuyucu toz olmadığını bildirirlər.

Rüfət İsmayılov bununla bağlı sosial şəbəkələrdəki hesabında yazır ki, dükandan evə yuyucu toz alıb. Ev sakinlərinin istifadə etdiyi zaman məlum olub ki, "Ariel” nə köpüklənir, nə təmizləmir, nə də ondan yuyucu toz iyi gəlmir. "Maraq üçün bir balaca götürüb dilimə vurdum. Gördüm duz dadır. Əvvəlcə mənə elə gəldi ki, yəqin dad baxımından yanlış edirəm. Təkrarən bir dəfə də yoxladım. Tam əmin oldum ki, bu yuyucu toz deyil, duzdur”.

Şikayətçi deyir ki, saxta "Ariel”in dükanlara və marketlərə kimlərin payladığını aydınlaşdırmaq lazımdır. Çünki bu, aşkar şəkildə müştəriləri aldatmaq, onların cibinə girməkdir. "PG şirkəti hara baxır? Aidiyyatı qurumlar nə ilə məşğuldur bilinmir”.


XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30