Dünya

Argentinalı futbolçu 6-cı mərtəbədən yıxılaraq ölüb

Argentinalı futbolçu 6-cı mərtəbədən yıxılaraq ölüb
 

Argentinalı futbolçu Esekiel Esperon faciəvi şəkildə ölüb.

Sfera.az bildirir ki,  Meksikanın "Atlante” klubunun yarımmüdafiəçisi 6-cı mərtəbədən yıxılaraq dünyasını dəyişib.

Hadisə onun vətəni Argentinada olduğu vaxt yaşanıb. Buenos-Ayresdə dostları ilə bir araya gələn E.Esperon gecə saat 03:00-da onlarla birgə binanın eyvanına çıxıb. Futbolçu yaxşı bərkidilməyən məhəccərə söykənmək istəyib. 6-cı mərtəbədən yerə düşən futbolçunu xəstəxanaya aparsalar da, az keçməmiş həkimlər onun ölümünü qeydə alıb.

 

Argentinalı vətənində "Old Boyz”, Braziliyada "İnter” və "Qremio”da da oynayıb.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031