Arda Turanın arvadının 600 minlik üzüyü: Satıb 2 dənə ev almaq olar - FOTO
17:19 / 20.03.2018
3478
Arda Turanın bu yaxınlarda ailə qurduğu Aslıhan Doğan "Instagram" hesabında paylaşdığı foto ilə gündəmə gəlib.
Sfera.az "Hürriyet"ə istinadən bildirir ki, Aslıhan adı çəkilən sosial şəbəkədəki şəxsi profilində oxuduğu kitabın fotosunu paylaşıb. Ancaq fotoda Aslıhanın üzüyü daha çox diqqət cəlb edib. Üzükdəki iri almas daşı görənlər təəccüblərini gizlədə bilməyiblər. Deyilənə görə, üzük 600 min lirəyə (təxminən, 260 min manat) alınıb. Sosial şəbəkə istifadəçilərinin uzun müddət müzakirə etdikləri üzük haqqında ən maraqlı şərhlərdən biri isə bu olub: "Bu qədər bahalı üzüyə nə ehtiyac var? Satın əvəzinə 2 dənə ev almaq olar".