Arda jurnalisti təhqir etdi

Arda jurnalisti təhqir etdi

Türkiyə yığma komandasının "Barselona”lı ulduzu Arda Turan tanınmış jurnalist Bilal Meşəyə hücum edib.

Makedoniya ilə hazırlıq oyunundan sonra təyyarədə jurnalistə hücum edən Arda onu təhqir edib.

Arda Bilal Meşənin AVRO-2016 zamanı qələmə aldığı "Türk futbolçular pul mükafatı istəyiblər” yazısına sərt reaksiya göstərərək, ona "şərəfsiz” deyib:

"Biz kimdən pul dilənmişik?! Axı, kim sənin kimi şərəfsizin bu təyyarəyə minməsinə razılıq verib? Fahişə balası... o yazını sənə kim yazdırıb?! Futbol karyeramı bitirərəm, amma şərəfimə, ailəmə toxunacaq hansısa sözün deyilməsinə imkan vermərəm”.

Arda bu sözləri deyərkən özündən yaşca böyük olan Bilal Meşənin boğazını sıxıb, onu vurmaq istəyəndə jurnalistlər və digər futbolçular onun qarşısını alıb.

Həmişə mədəni davranışı ilə diqqət çəkən Ardanın bu hərəkətləri hər kəsə şok yaşadıb.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR