ARB TV Nazilə Səfərlini efirdən uzaqlaşdırdı

ARB TV Nazilə Səfərlini efirdən uzaqlaşdırdı
 Şairə Nazilə Səfərli ARB TV-də aparıcısı olduğu "Ona qalsa" proqramından uzaqlaşdırılıb.

Sfera.az xəbər verir ki, onun verilişinin aparıcılığı prodüser Sayqa Cahidə tapşırılıb.

ARB TV-nin mətbuat katibi Ozal İbrahimli açıqlamasında məlumatı qismən təsdiqləyib:

"Bayram günlərində Nazilə Səfərlinin işləri olduğu üçün, onun yeri boş qalmasın deyə verilişi Sayqa Cahid aparacaq. Nazilə Səfərlinin efirdən uzaqlaşdırılması müzakirə mövzusu deyil. Bayramdan sonra aparıcılığına davam edəcək".

N.Səfərli isə bu barədə sualları cavablandırmayıb.

S.Cahidlə əlaqə saxlamaq istəsək də, o, telefona cavab verməyib.

Qeyd edək ki, "Ona qalsa" verilişi mövsümün ortasında "Üç əlli" proqramının əvəzinə həftəiçi beş gün olmaqla yayıma başlayıb. (axsam.az)

OXŞAR XƏBƏRLƏR

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu BİLDİRDİ

Ukrayna Rusiya ilə danışıqlara hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin “PBS NewsHour&rdquo...

İlham Əliyev: "İnfrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var"

Şirvan suvarma kanalının təməlinin qoyulması çox əlamətdar hadisədir. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layih...

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün kvota MÜƏYYƏNLƏŞDİ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 500 kvota yeri ayırıb.   Sfera.az xəbər verir ki...

Prezident Şirvan suvarma kanalının təməlini QOYDU - YENİLƏNDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. ...

Azərbaycanda tibbi maska istehsalı ARTDI

Bu il Azərbaycanda tibbi maska istehsalında kəskin artım müşahidə edilir.  Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, 2024-cü ilin birinci ...

İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri TƏSDİQLƏDİ

Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında&...