ARB-də Səbinə Mirzəyeva ilə bağlı veriliş yayımlanacaq - VİDEO

ARB-də Səbinə Mirzəyeva ilə bağlı veriliş yayımlanacaq - VİDEO
 
Aprelin 3-də tanınmış ginekoloq dr. Səbinə Mirzəyevanın anım günü idi. 3 aprel 2018-ci ildə vaxtsız vəfat edən Səbinə Mirzəyevanın dünyasını dəyişməsindən bir il ötdü.

Qaynarinfo xəbər verir ki, mərhum ginekoloqla bağlı ARB TV xüsusi veriliş hazırlayıb. İki hissədən ibarət olan xüsusi buraxılışın ilk hissəsi aprelin 7-də saat 19.30-da, ikinci yarısı aprelin 14-ü saat 19.30-da efirə gedəcək.

Verilişdə yaxınları Səbinə Mirzəyeva ilə bağlı fikirlərini bildirəcək, xatirələrini danışacaq.

Qeyd edək ki, cərrah mama-ginekoloq Səbinə Mirzəyeva 1978-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 2001-2003-cü illərdə Milli Onkologiya Mərkəzində cərrah onkoginekoloq kimi fəaliyyət göstərib.

2003-2012-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında cərrah mama-ginekoloq işləyib. 2012-ci ildə Almaniyanın Hamburq şəhərində yerləşən Eppendorf Universitetinin mama-ginekologiya kafedrasında yüksək riskli hamiləlik və doğuş üzrə təhsil proqramına yiyələnməklə riskli cərrahi əməliyyatlar və doğuşlar zamanı uğurlu nəticələr göstərib. Obstetetrik ve Ginekologiyaya aid çoxsaylı konfrans və konqreslərin iştirakçısı olub. 17 il iş təcrübəsi nəticəsində mama-ginekologiya sahəsində çoxsaylı cərrahi əməliyyatlar və doğumlar icra edib.

Son olaraq "Baku Medical Plaza”da cərrah mama-ginekoloq vəzifəsində çalışıb. 

Ölümündən qısa müddət əvvəl "Dr.Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" kitabı işıq üzü görüb. 

Ailəli idi, Süleyman və Tamerlan adlı iki oğlu yadigar qalıb.



OXŞAR XƏBƏRLƏR

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR baş naziri Səbuhi Məm...

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik t...

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...