Cəmİyyət

Araq zavodu açan, qoyun otaran sabiq prezidentlər...

Araq zavodu açan, qoyun otaran sabiq prezidentlər...
Mixail Saakaşvili ABŞ-da "Çaça” içkisi istehsal edir, Əhmədinejat  çobanlıq edir, Abdulla Gül yeni partiya qurur...
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-ın Pensilvaniya ştatında yeni zavod açıb. Bu barədə Saakaşvili özü məlumat yayıb. Yeni zavod "Çaça” istehsal edəcək. Saakaşvili həmçinin bildirib ki, bu zavod Pensilvaniyadakı gürcülərin toplanma məkanı da olacaq. "Çaça” Gürcüstanın milli içkisidir.

"Mişa” Gürcüstan və Ukrayna siyasətində özünü sınadıqdan sonra ABŞ-da içki istehsalına baş vurmaq qərarına gəlib. Amma özünə siyasətdən kənar məşğuliyyət tapan sabiq prezident təkcə Saakaşvili deyil.

İranın keçmiş prezidenti Mahmud Əhmədinejat hazırda aktiv şəkildə ictimai-siyasi fəaliyyətini davam etdirir. Bir müddət əvvəl media yazmışdı ki, Əhmədinejat çobanlıq edirmiş.

O, vəzifədən getdikdən sonra doğma kəndinə qayıdıb, sadə kəndli həyatı yaşayır, qoyun otarır. İxtisasca inşaat mühəndisidir və bələdiyyə başçısı olmamışdan əvvəl İran Elm və Texnologiya Universitetində müəllim işləyib. Təhsilini də burada alıb. Professor elmi dərəcəsi var.

Bir qədər müəllim işlədikdən sonra Əhmədinejad özünü siyasətdə sınamaq qərarına gəlir.

Türkiyənin keçmiş prezidenti Abdulla Gülün siyasi karyerasını reabilitasiya etməkdə olduğu, yeni partiya yaradacağı barədə proqnozlar səslənir. Ancaq özünün partiya qurub yola çıxmaq yerinə, Əli Babacanın ümumi başçılığı boynuna götürəcəyi bir partiya yaratdığı söylənilir.

Ermənistanın devrilmiş sabiq prezidenti Serj Sərkisyan isə müəyyən qədər siyasi fəallığını saxlamağa, yenidən nüfuz qazanmağa çalışır. Sərkisyan həm də Ermənistan Şahmat Federasiyasının başçısıdır.


Bundan başqa, müstəqil Rusiyada indiyə qədər cəmi iki prezident olub. Boris Yeltsin və Vladimir Putin. Yeltsin 2007-ci ildə 76 yaşında 

Ukraynanın dördüncü prezidenti Viktor Yanukoviç isə gitarada ifa etməyi çox sevirdi. O, bir dəfə ölkə jurnalistlərini evinə qonaq dəvət edəndə onlar üçün gitarada mahnı ifa etmişdi. Hazırda Rusiyada yaşayır və dövlət mühafizəsi ilə təmin edilib."Yeni Müsavat”

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031