Araq içmək koronavirusu məhv edirmi? – HAMINI MARAQLANDIRAN SUALA CAVAB

Araq içmək koronavirusu məhv edirmi? – HAMINI MARAQLANDIRAN SUALA CAVAB

Tibb elmləri doktoru, professor Adil Qeybulla arağın koronavirusa qarşı mübarizədə təsirli olması ilə bağlı yayılan fikirlərə münasibət bildirib.

Sferaş.az xəbər verir ki, "Yeni Müsavat”a danışan A. Qeybulla qeyd edib ki, alkoqolla heç bir xəstəliyin müalicəsi yoxdur: "Alkoqol qəbulu bədənə xeyli ziyan vurur, nəinki hansısa faydası olur. Alkoqolun mikroböldürücü təsiri çox cüzidir. Digər tərəfdən, onun tibbi spirt qədər təsiri olduğunu düşünənlər də yanılır. Alkoqolla qəbul edilən spirt qaraciyərdə parçalanır ki, bu da qaraciyərə çox mənfi təsir edir. Hətta virus infeksiyalara qarşı əllərin spirtlənməsinin özü effektiv vasitə sayılmır. Viruslara təsir edən maddələr başqadır. Ona görə də insanlar daha sadə, daha effektli vasitələrdən istifadə etməlidir.

Həmin vasitələrdən biri əllərin tez-tez yuyulması, səhər saatlarında idmanla məşğul olmaq, təbii qidalar qəbul etmək və qoruyucu maskalardan istifadə etməkdir. Əsasən bu tövsiyələrə əməl etmək lazımdır. Yoxsa ki, alkoqol qəbulu ilə bağlı təbliğat aparmaq tamamilə yanlışdır və heç bir elmi əsası yoxdur. Bu sadəcə alkoqol qəbul edənlərin özlərini ”icad” etdiyi əsasdır”.

Adil Qeybulla viruslarla mübarizədə sarımsaq və soğanın təsirindən də söz açıb: "Sarımsaq, soğan, meyvə-tərəvəzlərin hər birinin tərkibində çoxlu bioaktiv maddələr, vitaminlər, mikroelementlər var ki, bunlar da insan orqanizmi üçün çox effektlidir və maddələr mübadiləsinin düzgün getməsinə kömək edir. Qalan digər vasitələr, o cümlədən bir qidadan çox qəbul etmək bəzən ziyan verir. Sadəcə olaraq qida maddələrini axar su altında yaxşı yuyulmuş şəkildə qəbul etmək lazımdır. Təəssüf ki, bəziləri meyvə-tərəvəzin yuyulmasına o qədər də diqqət etmir, nəticədə orqanizmə infeksiya keçə bilir”.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...