Ara Papyan: “Yaxşı olardı ki, İlham Əliyevlə görüşə Armen Sərkisyan getsin”

Ara Papyan: “Yaxşı olardı ki, İlham Əliyevlə görüşə Armen Sərkisyan getsin”
"Azərbaycan öz sərt və kompromissiz mövqelərində qaldıqca münaqişənin həlli ilə bağlı heç bir tərəqqidən söhbət gedə bilməz. Masanın üstündə sadəcə "Madrid prinsipləri” durub... (ki mən onun əleyhinəyəm). Onlar hətta bununla da razılaşmırlar. Xatırladıram ki, bu prinsiplər 7 rayonun qaytarılmasını, qaçqınların öz yurdlarına geri dönməsini, yalnız bundan sonra müqəddəratın həllini nəzərdə tutur. Əgər onlar bununla da qane olmurlarsa, o zaman heç bir irəliləyişdən danışmaq mümkün deyil”.

Sfera.az Musavat.com-a istinadla xəbər verir ki, bu sözlər erməni politoloqu, "Modus vivendi” mərkəzinin rəhbəri Ara Papyanın "ru.1in.am” saytına verdiyi müsahibədə deyilib.

Qeyd olunur ki, ATƏT in Minsk qrupunun həmsədrləri Ermənistanın yeni rəhbərliyi ilə iyun ayında görüş keçirəcəklər. Onlar bununla bağlı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla mayın 15-də Parisdə baş tutan görüşdən sonra müvafiq məlumat yayıblar.

Ara Papyan yeni baş nazirin, Nikol Paşinyanın Qarabağ danışıqlarında iştirak etməyə səriştəsinin çatıb-çatmadığı barədə sualları da cavablandırıb:

Çünki parlamentdə yerlərin yarısından çoxunu hələ də öz əlində tutan Respublika partiyası Nikol Paşinyanın baş nazirliyinə qarşı çıxmasını onun bu cür proseslərdəki təcrübəsizliyi ilə izah edirdi. Onlar son 8 ildə Azərbaycan prezidenti ilə müzakirələrdə Ermənistanı fasiləsiz olaraq Serj Sərkisyanın təmsil etdiyini və onun əvəzedilməz olduğunu danışmaqdan yorulmurlar.

Ara Papyan bunu böyük üstünlük zənn etmədiyini söyləyib. "Onun (Serj Sərkisyanın-red.) danışıqlar masası arxasında oturması sayəsində biz (Ermənistan-red.) əldə olunan 12 min kvadrat kilometrlik ərazinin 7 minini vermək situasiyası ilə üz-üzə qaldıq. Yəni, Sərkisyan növbəti müzakirələrdə olmasa yaxşıdır”.

Ara Papyanın fikrincə, Paşinyana ümumi proseslə bağlı 1-2 günlük məruzə olunması kifayət edər. Bundan başqa, ona hökumət aparatında və Xarici İşlər Nazirliyində bu iş üzrə ixtisaslaşan kadrlar kömək edəcək.

"Lakin mən Nikol Paşinyanın bu danışıqlarda prezident Armen Sərkisyana səlahiyyət verməsinin tərəfdarıyam. Hər halda o, dövlət başçısı və konstitusiyaya görə ölkə prezidentidir. Onun statusu İlham Əliyevin statusundan aşağı deyil”, - erməni politoloq deyib.

Musavat.com

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...