Aqulisski yenə danışmaq istəyirmiş...

Aqulisski yenə danışmaq istəyirmiş...
Baş verənlərdən sonra, Ermənistanda ona Aram Aqulisski deyə müraciət olundu... Hətta Azərbaycanın torpaqlarını işğal etmiş ölkədə büstünün açılışı haqqında müzakirələr aparıldı belə...

O, həmin Əkrəm Əylislidir ki, "Daş yuxular” adlı "romanı” Azərbaycan xalqının hiddətinə, qəzəbinə və yüz minlərlə insanlarımızın, soydaşlarımızın kütləvi etirazlarına səbəb olmuşdu. Xalqımızı olmazın şəklildə aşağılanması, qəddar və zülmkar kimi qələbə verilməsi ermənilərin "qəhrəman” elan etdikləri Aqulisskinin kitablarının məhvi, özünün isə həmin günə qədər əldə etdiyi mükafatlarının dəfni ilə nəticəsini tapdı. Hətta hiddət və qəzəbindən dolayı, onun qulağını kəsmək istəyənlər də tapıldı ki, bu istəyi də bir növ, qəddarlıq kimi deyil, "Daş yuxular”a etirazın səsi olaraq qiymətləndirmək mümkün idi. Düzdür, Əkrəmin qulağı kəsilmədi, ancaq onun həmin ərəfələrdə qulaqlı papağını bərk-bərk başına basıb, qulaqlarını gizlədərək, hürkək-hürkək Bakı küçələrində gəzməyinin şahidi də olmuşam. Maraqlısı da budur ki, həmin bu Əkrəm, yəni Aram - Azərbaycan xalqına, millətinə ilk dəfə idi ki, xəyanətlər etməyib. Necə deyərlər, döşü medal istəyəndə və onu almayanda dərhal Əylisliyə qaçıb, orada erməniləri vəsf eləyən hekayələri ilə özünə bir növ, toxtaqlıq verirdi. Həmin ermənilərə ki, məhz "Daş yuxuları”ndan sonra onu xalqımızın qanına susamış çaqqal Andraniklə, goreşən Njdeylə az qala tay tutdular!

Bütün bunlardan sonra, Əkrəm Əylisli özündə növbəti həyasızlıq taparaq, üzə çıxır və kimsəyə lazım olmayan fikirlər bildirir. Vaxtilə, "Daş yuxular”ına görə "Nobel mükafatı” alacağını düşünən bu erməni yanlısı elə sanır ki, törətdiyi xəyanət və rəzillik düşüncələri unudulub və o, yenidən özünə oxucu toplumu qazanacaq, üstəlik, "xalq yazıçısı” adını "bərpa edəcək” və hər şeydən sonra nə qədər bişərəf olasan ki, belə fərziyyələrinlə ictimai rəyə bərpa olunacağına inanasan!

Əslində, bu gün dahi Azərbaycan şairi Nizami Gəncəvini ermənilər kimi "fars” şairi adlandıraraq onun yaradıcılığını İran mədəniyyətinə aid edən, Xəlil Rza Ulutür, Bəxtiyar Vahabzadə, Səməd Vurğun kimi əvəzsiz yaradıcılarımızı "dahi şairlər zümrəsinə aid etməyən” daha bir şərəfsiz – Kəramət Böyükçöl adlı "kosmopolit" və ağıldan kəmlə Əkrəm Əylisli arasında heç bir fərq yoxdur. Və təəssüflər olsun ki, bu günün reallığında bax, beləcə - yaşından-başından asılı olmayaraq, axmaq, səviyyəsiz və cəmiyyətə bir qram da yararı olmayan ünsürlər sürünməkdədirlər. Bütün hallarda özlərinə haqq qazandıran həmin tiplərin hələ də bu torpaqdan çıxan buğdanın çörəyini yeyib, saf, təmiz bulaqlarından o iyrənc dodaqlarını dayayaraq, su içmələri acı, sonsuz bir təəssüf hissləri doğurur!

Bu kimi üsnürlərdə mövcud olan daha bir xislət isə təkəbbürdür! Dəyərli həmkarım Elçin Mirzəbəylinin Əkrəm Əylisli ilə bağlı yazısından bir çıxarış etmək istərdim: "Bu o Əkrəmdi ki, "Yazıçı” nəşriyyatına baş redaktor gətiriləndə özündən hündür olan hər kəsi işdən çıxarmaq istəyirdi. Amma alınmadı, çünki nəşriyyatda ondan sözün bütün mənalarında alçaq bir kimsə yox idi...”.

Əslində, ikicə cümlə ilə Aqulisskiyə həsr olunmuş vəsf deyərdim bu fikirlərə. O, alçaqdır, özü də yalnız fiziki deyil, həm də mənəvi olaraq. Təbii ki, mənəviyyat dedikdə, Əkrəm Əylislidə mövcud olan, ya da olmayan hər hansı bir "dəyərdən” danışmağın mümkünatı olmadığı üçün, elə ALÇAQ ifadəsi onun alnına, hələ də kəsilməmiş qalan qulaqlarına yazılıb.

Rövşən NURƏDDİNOĞLU

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...