AQTA qaydalara əməl etməyən daha bir çörək sexi aşkarladı

AQTA qaydalara əməl etməyən daha bir çörək sexi aşkarladı
 

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 ­̶ Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən daxil olmuş müraciətlər mütəmadi olaraq Agentliyin mütəxəssisləri tərəfindən təhlil edilərək araşdırılır və bu məlumatlar əsasında istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

AQTA əməkdaşları 1003 ­̶ Çağrı Mərkəzinə daxil olan şikayət əsasında Bakı şəhəri, Nəsimi rayonu, R.Zorge küçəsi, 20/22 ünvanında fəaliyyət göstərən fiziki şəxs Quliyeva Lalə Əziz qızınaməxsus çörək istehsalı müəssisəsində yoxlama keçiriblər.

Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkar olunub. Müəyyən edilib ki, ümumi sahəsi 35-40 m2olan müəssisədə kustar üsulla çörək istehsalı, satışı və daşınması həyata keçirilir. Müəssisə qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərir.

Yoxlama zamanı məlum olub ki, çörək istehsalı müəssisəsində temperatur və rütubət rejiminə riayət olunmur. Un anbardakı taxta altlıqların üzərində, birbaşa divarla məsafə gözlənilmədən yığılıb saxlanılır. İstifadə olunan kustar üsulla hazırlanmış işçi masaların, çörək yığılan rəfin səthləri lazımi qədər hamar və dezinfeksiya üçün əlverişli deyil.

Müəyyən edilib ki, müəssisədə istifadə edilən sobanın, işçi masaların, araba və listlərin, qabların, alət və ləvazimatların, çörək yığılan rəfin istismar müddəti keçib, onların təmizlənməsi, dezinfeksiyası da normalara uyğun aparılmır.

İstehsal müəssisəsində unun yoğurulması, xəmirin mayalanması, bişirilməsi, hazır məhsulun rəfdə yığılması və satışı eyni bir sahədə aparılır. Bu da qida təhlükəsizliyi baxımından istehsal olunan çörəyin fiziki, kimyəvi və mikrobioloji çirklənməsinə səbəb olur.

Qeyd edək ki, sanitar geyimlə təmin olunmayan işçilərin dövri tibbi müayinədən keçmələri barədə məlumatlar, eləcə də istifadə edilən xammalların minimum keyfiyyət və təhlükəsizliyini təsdiqləyən sənədlər yoxlamaya təqdim olunmayıb. Müəyyən edilmiş faktlarla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.


OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...