"AQTA hər yay Gədəbəyə gedib obyektlərdən 50-100 manat rüşvət alıb gəlir" – Rəşid Mahmudov

Xəbər verdiyimiz kimi toylarımızda zəhərlənmə hadisələrini sayı getdikcə çoxalmaqdadır. İnsanlar isə bundan narahatdır. Sonuncu dəfə "Şahənşah” restoranında keçirilən toy mərasimində 50 nəfər insan zəhərlənib.

Sfera.az bildirir ki, bunu moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov əlaqədar qurumların bu istiqamətdə ciddi addım atmasını bildirib:

"Müvafiq qurumlar toylarımızdakı zəhərlənmə hallarını araşdırmalıdır. Bu toydan qalan yeməyi, o biri toyda verəndə əlbəttə ki, insanlar zəhərlənəcək. Bizim vaxtımızda "palatka toyu” olurdu, hər şeyi gözümüzün qabağında hazırlayırdılar. Dananı da həmin gün kəsirdilər. Sovet hökumətinin vaxtı idi, əti yoxlamadan insanlara versəydilər, buna görə adamı həsb edərdilər. Bu gün AQTA bu məsələləri araşdırmalıdır, onlar bəs hara baxırlar? Hər yay Gədəbəyə gedib obyektlərdən 50-100 manat rüşvət alıb gəlirlər. Onlar da rüşvətə başladısa, vay bu millətin halına. Adam artıq toylarda yemək yeməyə də qorxur”.

R.Mahmudov "Palma” yağının təhlükəsindən də danışıb və ölkəyə gətirilməsinin qadağan edilməsini istəyib:

"Ən birinci "Palma” yağını Azərbaycana gətirmək lazım deyil. Dünya bunu qəbul etmir, amma bizim ölkəyə 50 min ton bu yağdan gətirirlər. Bu isə hər şeyə ziyandır. Allahın vermeşilinə, uşaq südlərinə bu yağdan qarışdırırlar. Bu isə biabırçılıqdı. Ölkə düzəlməlidir, mən bunları boş yerə demirdim. Qoy məni öldürsünlər, dörd yerə parçalasınlar, amma qanunlar işləməlidir, bəsdir artıq”.

OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...