Aqil Abbas spikeri “Rövnəq Abdullayevin müdiri” adlandırdı

Aqil Abbas spikeri “Rövnəq Abdullayevin müdiri” adlandırdı

"Ağcəbədidə 10 min nəfərin təbii qazla bağlı şikayəti var. Onlar bu şikayəti sizə çatdırmağımı istədilər”.
 
Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aqil Abbas "Qaz təchizatı haqqında" Qanuna dəyişikliklərin müzakirəsi zamanı bildirib.
A.Abbas deyib ki, indi Ağcəbədidə 135 min əhali yaşayır, onun 125 mini təbii qazla təmin edilib:

"Ağcəbədi rayonu Bayat kəndində illərdir təbii qaz yoxdur. Baxmayaraq ki, onun yaxınlığında Ağdam və Ağcəbədinin digər kəndləri qazla tam təmin edilib. Təəssüf ki, Rövnəq müəllim burada deyil. Yoxsa bu məsələni ona şəxsən çatdırardım. Lakin həm Milli Məclisin spikeri, həm də Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev müdiri olaraq bu şikayəti sizə çatdırmağımı istədilər. Bu problemin qısa zamanda həllinə dəstək verməyinizi istərdim”.
 
Aydan Lətifova

DİGƏR XƏBƏRLƏR