Aqata Krisinin həyatından MARAQLI FAKTLAR

Aqata Krisinin həyatından MARAQLI FAKTLAR

Bütün dünyada detektiv janrının kraliçası kimi tanınıb, sevilən ingiltərəli yazıçı Aqata Kristi 1890-cı ilin 15 sentyabrında İngiltərənin Denvor qraflığında ABŞ-dan köçüb gəlmiş zəngin mühacir ailəsində dünyaya göz açıb.


Aqata Kristi gələcəyinin necə olacağını uşaqlıqdan təxmin etmişdi. Onun təxminləri doğru çıxdı. Bu gün onun əsərləri 103 dilə tərcümə olunub, kitablarının tirajı isə ildən-ilə artır.


Sfera.azAqata Kristinin həyatı ilə bağlı maraqlı faktları təqddim edir:


Dünyaşöhrətli detektiv yazarı Aqata Kristi öz ölümünü səhnələşdirib

 

 


1926-cı ildə Aqata Kristi iki ciddi sarsıntı keçirib: anası dünyasını dəyişib və həyat yoldaşı ona xəyanət edib. Bu olayların təsirindən depressiyaya düşən Aqata yoxa çıxmağa qərar verib və öz ölümünü səhnələşdirib. 11 gün heç kəsin gözünə görünməyib və bütün bu vaxtı SPA oteldə keçirib.


 

Aqata Kristi təyyarəçi ilə evli olub və tibb bacısı işləyib

 



 

Birinci Dünya Savaşı başlayanda, Aqata Miller ( yazıçının qızlıq soyadı) və sevgilisi Arçi Kristi təcili rəsmi nigaha giriblər. Arçi həmən cəbhəyə yollanır, orda pilot təyyarələrini idarə edir və şücaət göstərərək bir neçə mükafata layiq görülür. Həmin vaxtlar Aqata hospitalda tibb bacısı işləyir, sonra isə bir neçə il əczəxanada əczaçı işləyir. O illərdəki fəaliyyəti ona romanlarını yazmaqda kömək edib. Onun əsərlərində 80-dən çox personaj zəhərlə qətlə yetirilib.

 

 

Aqata Kristinin "İttihamçının şahidi” romanı əsasında ekranlaşdırılan filmə çəkilən aktyorlar romanın sonluğundan xəbərsiz idilər

 



1955-ci ildə Aqata Kristi Hollivuda gəlir, həmin vaxt orda onun "ittihamçının şahidi” kitabı əsasında film çəkilir. Yazıçı filmin rejissoru Billi Uaylderlə tanış olur. Söhbətin sonunda rejissordan soruşur :"Filmin sonunadək intriqanı necə davam etdirməyi düşünürsünüz?” Rejissor cavab verir ki, " gəlin sizə bir sirr açım. Ssenarinin son 10 səhifəsini aktyorların əlindən almağa qərar vermişəm. Beləliklə, hadisələrin nə ilə nəticələcəyini onlar yalnız çəkilişlərin sonunda biləcəklər!”

 


Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR