Daha bir ölkə bütün beynəlxalq uçuşları dayandırır
19:30 / 03.04.2020
6657
Aprelin 4-dən etibarən Rusiya bütün beynəlxalq sərnişin uçuşlarını dayandırır.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Federal Hava Nəqliyyatı Agentliyi bütün beynəlxalq sərnişin uçuşları üçün icazələri ləğv edib.
Beləliklə, aprelin 4-ü saat 00:00-dan etibarən bütün xarici uçuşlar dayandırılacaq.
Məlumatda o da bildirilib ki, xaricdəki Rusiya vətəndaşlarının ölkəyə gətirilməsi də dayandırılır.