Aprel şəhidi Raquf Orucovun atası vəfat etdi

Aprel şəhidi Raquf Orucovun atası vəfat etdi
 
Qarabağ müharibəsi qazisi, 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raquf Orucovun atası İbrahim Orucov vəfat edib.

Sfera.az xəbər verir ki, İ.Orucov bu gün Sumqayıt şəhərində yaşadığı evdə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

İ.Orucov bir neçə il bundan əvvəl insult keçirmişdi.

Allah rəhmət eləsin!

Qeyd edək ki, mərhum İbrahim Orucov oğlu Aprel Şəhidi polkovnik-leytenant Raquf Orucovun ölüm xəbərini eşidəndə insult keçirib və xəstəliyi sağalmayıb.

OXŞAR XƏBƏRLƏR