Aprel döyüşlərinin qəhrəmanının doğum günüdür -FOTO
10:42 / 13.02.2019
2573
Bu gün Aprel döyüşlərində şəhid olan Elvin Mirzəyevin doğum günüdür. Sfera.az xəbər verir ki, Elvin Mirzəyev 1994-cü ilin 13 fevral günündə Xaçmaz şəhərində anadan olub.
Cəsur və intizamlı bir əsgər olan Elvin Mirzəyev 2016-cı ilin aprel ayında Azərbaycan—Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 9-u isə Elvin Mirzəyev doğulduğu Xaçmaz şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Mirzəyev uğrunda şəhid olduğu torpağa tapşırılıb. Ruhu şad olsun!