Texnologİya

“Apple”ın ilk kompüteri fantastik qiymətə satıldı

“Apple”ın ilk kompüteri fantastik qiymətə satıldı
"Apple”ın ilk kompüterlərindən biri auksionda 375 min dollara satılıb.

Sfera.az xəbər verir ki, "Apple I”-in başlanğıc qiyməti 300 min dollar təşkil edib. Auksion zamanı kompüterin qiyməti daha 75 min dollar qalxıb. Cihazı sahibi onu yaxşı saxlayıb. Bütün kabellər və aksesuarlar saz vəziyyətdə olub. Ekspertlər cihaza 10 baldan 8,5 bal verib.

Kompüterin ilk sahibi onu 40 il əvvəl 666 dollara alıbmış. Kompüterin sahibi onun vasitəsilə proqramlaşdırma dili öyrənib, sonra isə xatirə kimi saxlayıb.

Qeyd edək ki, "Apple I” Stiv Cobs və Stiv Voznyakın şirkəti tərəfindən 1970-ci illərdə yığılıb. Satışda 1976-1977-ci illərdə olub.
 
Rəsul
Sfera.az


 

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031