Aparıcı Zaurun hədələnməsinə ATV-dən AÇIQLAMA - VİDEO

Aparıcı Zaurun hədələnməsinə ATV-dən AÇIQLAMA - VİDEO
Mayın 13-ü qəbul imtahanından çıxandan sonra özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edən 17 yaşlı Pənah Quliyevlə bağlı ATV-nin "Bizimləsən" verilişində aparılan müzakirələr mərhumun ailəsi tərəfindən narazılıqla qarşılanıb.

Mərhumun babası Neymət Bayramov verilişdə aparıcı Zaur Baxışəliyevin nəvəsi ilə bağlı səsləndirdiyi fikirlərinə görə, Milli Televiziya Radio Şurasına müraciət edəcəyini və təkzib olunmazsa, məhkəməyə kimi gedib çıxacağını bəyan edib.

Məsələyə aydınlıq gətirmək üçün sözügedən telekanalla əlaqə saxladıq.

Sfera.az xəbər verir ki, ATV-dən yenicag.az-a bildirildi ki, həmin veriliş intihar edən uşağa həsr olunmayıb:

"Həmin veriliş sırf valideyn-uşaq münasibətlərinə həsr olunub ki, necə edək, uşaqlar intihara meyl etməsin? Söhbət əsnasında bir neçə misal çəkilib, biri də Sumqayıtda baş verən həmin intiharla bağlı olub. Mövzu peşəkar psixoloq, sosioloqlarla müzakirə olunub. Tövsiyə xarakterli məsləhətlər verilib, ittiham irəli sürülməyib. Aparıcının isə, ümumiyyətlə, burada heç bir mövqeyi olmayıb".

Qaldı ki, Neymət Bayramovun məhkəməyə müraciət edəcəyi ilə bağlı iddiasına, aldığımız cavab belə oldu:

"Narazılıqla qarşılaşdıqda məhkəməyə müraciət etmək hər bir vətəndaşın borcudur. Həmin şəxs də əgər nədənsə narazıdırsa, məhkəməyə müraciət edə bilər. Bu onun hüququdur".

Sfera.az



OXŞAR XƏBƏRLƏR

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  Fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...