Aparıcı Zaur əkiz bacıları efirdə lağa qoydu - \"Qızlar isə cavabında...\"

Aparıcı Zaur əkiz bacıları efirdə lağa qoydu - \

 

Əkizlər Sevil və Sevinc Səfərova bacıları Xəzər TV-də yayımlanan "5-də 5" verilişinin qonaqları olub.

Efirdə fonoqram ifa edən əkizlərin bu çıxışından sonra verilişin aparıcısı Zaur gülərək onlara üzünü tutub:

"Qızlar, bəlkə bir dəfə də canlı ifa edəsiniz. Bizə yazırlar ki, Sevil-Sevinc bacıları niyə canlı ifa etmir. Deyəsən, elə bilirlər ki, siz canlı mahnı ifa edə bilmirsiz".

S.Səfərova isə aparıcının bu sözlərini gülərək qarşılayıb:

"Oxuyuruq, niyə oxumuruq ki...Bizi müzakirə etmək maraqlıdır, müzakirə edin".

Aparıcı Zaurun bu sözlərindən sonra S.Səfərova bacıları bir neçə mahnını canlı ifa edib

(sonxeber.az)

 


OXŞAR XƏBƏRLƏR