Aparıcı və operatoru öldürüldü- Canlı yayımda - Yenilənib - VİDEO

Aparıcı və operatoru öldürüldü- Canlı yayımda - Yenilənib -  VİDEO

Amerika Birləşmiş Ştatlarında televiziya kanallarından birində canlı yayım zamanı çəkiliş qrupuna silahlı hücum olub. 

Sfera.az BBC-yə istinadən xəbər verir ki, hücum nəticəsində müsahibə alan jurnalist Elison Parker və onun operatoru Adam Uord vəfat edib.

Canlı efirdən olan videodan da göründüyü kimi hələ ki, kimliyi məlum olmayan bir kişi çəkiliş qrupuna yaxınlaşaraq onlara atəş açmağa başlayıb. 

***

ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı bir jurnalist və bir fotomüxbir öldürən şəxs intihar edib.

Sfera.az məlumatına görə, qətli törədənin şəxsiyyəti müəyyənləşib.

Brays Uilyams əvvəllər WDBJ7 telekanalının əməkdaşı, güllələdiyi şəxslərin həmkarı olub.

İntihardan əvvəl hadisənin video görüntülərini yayan Brays Uilyams jurnalistləri qeyri-peşəkarlıqda günahlandırıb.