Aparıcı Samirə ATV-dən getdi - Səbəbini isə özü açıqladı - FOTOLAR

Aparıcı Samirə ATV-dən getdi - Səbəbini isə özü açıqladı - FOTOLAR
Sfera.az primetime.az-a istinadən xəbər verir ki, uzun illərdir Azad Azərbaycan telekanalının efirində xəbərlər proqramına aparıcılıq etmiş Samirə Mustafayeva öz istəyi ilə çalışdığı şirkəti tərk edib.

Aparıcının bu addımı atmasına səbəb yeni iş həyatına başlamaq niyyətidir. S.Mustafayeva deyir ki, onun bu dəfə hədəflədiyi sahə televiziyadan çox uzaqdır:

"Hər zaman arzusunda olduğum böyük və məsuliyyətli bir işi çiyinlərim üzərinə götürməyə hazırlaşıram. Harada çalışaçağımın detallarını hələ ki gizli saxlayıram. İnanıram ki, bu sahədə də uğur mənimlə olacaq".

Ömrünün 15 ilini kamera qarşısında keçirən Samirə ən böyük uğurunu layiq görüldüyü "Tərəqqi" medalı ilə bağlayır: "Televiziya sahəsində yetərincə nailiyyətlər qazandım və bu yolda özümü sübut etdim. Teleməkanda ən böyük mukafatım isə sözsüz ki, "Tərəqqi" medalıdır. Əməyimə qiymət verən hər kəsə minnətdaram. Bu sahə həyatımda çox önəmli yer tutdu. İndi isə daha böyük uğurlar qazanmaq üçün fərqli yolla addımlayacağam".

Samirə həmçinin sosial şəbəkələrdən uzaqlaşmasına da münasibət bildirib: "Sosial şəbəkə artıq vaxt itkisi idi. Yoruldum və səhifəmi bağladım. Çünki orada özünə hörmət etməyən bəzi səhifə istifadəçiləri var idi. İnstagrama sərf etdiyim zamanı işimə ayıracağam".
Aparıcı Samirə ATV-dən getdi - FOTOLAR
Aparıcı Samirə ATV-dən getdi - FOTOLAR
Aparıcı Samirə ATV-dən getdi - FOTOLAR


OXŞAR XƏBƏRLƏR

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...