Aparat rəhbərinin xanımı öldü

Aparat rəhbərinin xanımı öldü
 
Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayış evində baş vermiş patlayış nəticəsində xəsarət alan Müşviq Qurbanovdan sonra həyat yoldaşı Şəbruz Novruzova da Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, bu barədə AzVision.az-a mərhumun yaxınları məlumat verib.

Respublika Yanıq Mərkəzinin Baş həkimi Şöhrət Məmmədov saytımıza bildirib ki, ailənin sağ qalan yeganə övladı Leyla Qurbanlının müalicəsi hazıda davam etdirilir. Baş həkim qeyd edib ki, reanimasiyada müalicisi davam etdirilən L.Qurbanlının vəziyyəti stabildir. 

Qeyd edək ki, oktyabrın 20-də səhər saat 5:00 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsində Müşviq Qurbanova məxsus evdə partlayış baş verib. İlkin ehtimala görə, partlayış qaz sızmasından olub. 

Hadisə nəticəsində M.Qurbanov, həyat yoldaşı Ş.Novruzova və qızı 2004-ci il təvəllüdlü L.Qurbanlı ağır dərəcəli yanıq xəsarətləri almışdı. Ailənin digər üzvü - 3 yaşlı Banıçiçək Qurbanlı isə aldığı xəsarətlərdən dünyasının dəyişib.

Yanıq xəsarətləri alan M.Qurbanov "Azəravtoyol” ASC-nin Aparat rəhbəri, həyat yoldaşı Ş.Qurbanlı isə cərrah idi. Ş.Novruzova Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında çalışırdı.


OXŞAR XƏBƏRLƏR

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edildi: Ölənlər var

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib.   Sfera.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi mitinq iştirakçıları...

Fransa Azərbaycandakı səfirini GERİ ÇAĞIRDI

Fransanın Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirl...

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Terhi Hakalanı qəbul edib.   Bu barədə Musa...

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

“Aprel ayının 3-də Prezident Yanında Əfv Məsələləri Komissiyası öz iclasına başladı. İlk iclasda 100-dən artıq müraciətə baxıldı. Müvafiq rəylərin hazırla...

Almaniya prezidenti Türkiyəyə gedir – RƏSMİ

Almaniya prezidenti Frank-Valter Ştaynmayer gələn həftə üçgünlük səfərlə Türkiyəyə gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı Almaniya pr...

Sülhməramlılar Azərbaycanı tərk etdi - VİDEO

Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib.    Sfera.az bu barədə Musavat.com-a istinadən xə...